Kristina de Pizan, həmçinin Pizalı Kristina (fr. Christine de Pizan; Venesiya, 1364/1365 — 1430, Puassi abbatlığı) — İtalyan əsilli fransız orta əsr yazıçısı. İlk peşəkar yazıçılardan biri, şairə və qadının ailədə və cəmiyyətdə roluna dair bir sıra fəlsəfi traktatların müəllifi (hamısı fransız dilində). Müasir feminist alimlərin əksəriyyəti onun əsərlərini, o cümlədən “Xanımlar şəhərinin kitabı”nı müasir feminist hərəkatın başlanğıcı hesab edirlər.История женщин. Молчание Средних веков. СПб., 2009Успенская В. И. Теоретическая реабилитация женщин в произведениях Кристины Пизанской. Пособие к курсу по истории феминизма. Тверь, ФеминистПресс-Россия. 2003. 56 с.
Bioqrafiyası Kristinanın atası Tommazo da Pizzano (o, Pizalı deyil, Bolonya yaxınlığında yaşamış bir ailədən idi) Fransa kralı V Karlın sarayında həkim və astroloq kimi xidmət etmişdir. O, qızını hələ dörd yaşında ikən monarxla tanış etmişdir. Kristina nəzakətli bir mühitdə böyümüşdür. Onun Luvrda kral tərəfindən təsis edilmiş və 973 kitabdan ibarət və o dövrdə Avropada tayı-bərabəri olmayan kitabxananın resurslarından istifadə etmək imkanı var idi. Roma ədəbiyyatına, Dantenin, Petrarkanın, Bokaççionun yaradıcılığına yaxşı bələd idi. Bu da onun ədəbi yaradıcılıq imkanlarını dərinləşdirməyə imkan vermişdir.
Yaradıcılığı Kristinalı de Pizan əsas əsərlərini 1389-1405-ci illər arasında qələmə almışdır. Kristinanın qələmə aldığı və tənha dul qadının çətin taleyindən bəhs edən “Yüz ballada kitabı” (fransızca: Le Livre des cent ballades) böyük uğur qazanmışdır. O, başqa poetik janrlara da - rondo, lay, virelay, di və s. müraciət edib. Kristina Pizalının Jan de Myonun "Qızılgül Romantikası"na qarşı "Sevgi Tanrısına Məktub" (fransızca: L'Epistre au dieu d'Amour, 1399) əsəri ilə başlayan kəskin polemikası "Qızılgülün nağılı" (fransızca: Le Dit de la rose, 1401) əsəri ilə başa çatmışdır. Müasirləri Kristinanın "Uzun tədqiqatın yolu" ensiklopedik poemasını (fransızca: Le Chemin de longue etude, 1402), onun xəyali olaraq Parnassa, daha sonra isə daha yüksəklərə - Ağılın səmavi taxtına yüksəlməsi hekayəsini yüksək qiymətləndiriblər. 1404-cü ildə Burqundiya hersoqu Cəsur Filippin əmri ilə Kristina üzrxahlıq xarakterli “Müdrik Kral V Çarlzın əməlləri və gözəl əxlaqı kitabı”nı (fransızca: Le Livre des faits et bonnes moeurs du sage roi Charles V) qələmə almışdır, bu kitabda təkcə tarixçilərə məlum faktlar deyil, həm də kralın bioqrafiyasından xalq əfsanələri və lətifələr də öz əksini tapıb.Фавье Жан. Столетняя война. — СПб.: Евразия, 2009. — С. 608.
Seçilmiş əsərləri
Şeirlər
Cent ballades, 1394-1399 Poésies diverses (Ballades d'estrange façon, Rondeaux, Lays, Virelays, Jeux à vendre), 1399-1402 Ballades de divers propos, 1402-1410 Complaintes amoureuses, 1402-1410 Cent ballades d'amant et de dame, 1407-1410
Tənqidi əsərləri
Epistre au Dieu d'amours, 1399 Le Dit de Poissy, 1400 Le Livre des trois jugemens, c. 1400 Le Débat de deux amans, c. 1400-1402 Le Dit de la pastoure, 1403 Le Livre du Duc des vrais amants, 1404-1405
Qadınların müdafiəsinə dair əsəri
Epistres du Débat sur le Roman de la Rose, 1401 Le Dit de la rose, 1402 La Cité des dames, 1404-1405 Le Livre des trois vertus à l'enseignement des dames, 1405 Epistre à la reine Isabeau de Bavière, 1405
Dini əsərləri
Quinze Joyes Nostre Dame, 1402-1403 Oraison Nostre Dame, 1402-1403 Oraison de Nostre Seigneur, 1402-1403 Les Sept Psaumes allégorisés, 1409 Epistre de la Prison de Vie Humaine, 1416-1418, dédié à Marie de Berry, duchesse de Bourbon, à la suite de la bataille d'Azincourt Les Heures de la contemplation de la Passion, 1420
Əxlaqi fəlsəfəyə dair əsərlər
Enseignements moraux, 1398 Proverbes moraux, 1400-1401 Epistre Othea, 1401 (Manuscrit - Ms 3172), 1403 (présentation en ligne [archive], lire en ligne [archive]) Le Livre de la Prod'homie de l'homme, 1405-1406 Le Livre de Prudence, 1406
Siyasi motivli əsərlər
Le Livre des Fais et bonnes meurs du sage roy Charles V, 1404 Epistre à Eustache Morel, 1404 L'Advision Christine, 1405 Le Livre du Corps de Policie, 1406-1407 Les Lamentations sur les maux de la France, 1410 Le Livre de la Paix, 1412-1413 Le Ditié de Jehanne d'Arc, 1429
İstinadlar Kateqoriya:İtaliyanın qadın şairləri Kateqoriya:Qadın ilkləri