Lindon Beyns Conson (; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ — 22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965–1969) və 37-ci vitse-prezidenti (1961–1963).
Həyatı Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur. O, 1930-cu ildə Müəllimlər kollecini bitirmiş, bir müddət dərs demişdir. 1939–1948-ci illərdə ABŞ Demokratlar Partiyasından Nümayəndələr palatasının üzvü, 1949–1961-ci illərdə Texas ştatından senator, 1953–1960-cı illərdə Senatda demokratların lideri olmuşdur.
Prezidentliyi 1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur.
Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrı-seçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (Medicare, Medicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-nin Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur.
Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1968) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1964) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1960) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1956) Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Amerikalı masonlar Kateqoriya:ABŞ-də liberalizm Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Hökumət