Anqlo-Sakson İngiltərəsi — Roma Britaniyasının V əsrdə sona çatmasından, 1066-cı ildə Normanların istilasına qədər olan dövrü əhatə edir. Bu dövr 927-ci ildə Kral Etelstan (927–939-cu illər) tərəfindən İngiltərə krallığı olaraq birləşdirilməmişdən əvvəl müxtəlif Anqlo-Sakson krallıqlarından ibarət idi. XI əsrdə Knudun Şimal Dənizi İmperiyası ilə əlaqəli qısa müddətli birləşməyə daxil oldu. Bu, İngiltərə, Danimarka və Norveç arasında şəxsi bir ittifaq idi.
Anqlo-Sakslar Roma İmperiyasının Britaniyadan çəkildiyi V əsrin əvvəllərində Şimali-Qərbi Avropadan Britaniyaya köçdülər. Beləliklə, Anqlo-Sakson tarixi Roma idarəsinin sonu ilə əlaqəli olan sub-Roma Britaniyası dövründə başlayır və V və VI əsrlərdə Anglo-Sakson krallıqlarının qurulmasına, VII əsrdə xristianlaşmalarına, Vikinq hücumları və danimarkalı məskunlaşmaların təhdidi, IX və X əsrlərdə Vesseks (Wessex) hegemonyası altında İngiltərənin tədricən birləşdirilməsinə və 1066-cı ildə Fateh Vilhelm (William Conqueror) tərəfindən Norman istilası ilə sona çatır.
Normanlar Anqlo-Saksları təqib edərək, onların idarəçi təbəqəsini devirdilər və öz rəhbərlərini İngiltərəni idarə etməyə gətirdilər. Lakin Anqlo-Sakson kimliyi Norman istilasından sonra da davam etdi,Higham, Nicholas J., and Martin J. Ryan. The Anglo-Saxon World. Yale University Press, 2013. pp. 7–19 Norman idarəsi altında “englishry” olaraq tanındı və Roma-britaniyalı keltlər, danlar və normanlarla sosial və mədəni inteqrasiya nəticəsində müasir İngilis xalqını yaratdı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə kralları Kateqoriya:Birləşmiş Krallıq tarixi