Bet Beyli — ABŞ tarixçisi və ABŞ-ın sosial və mədəni tarixi sahəsində ixtisaslaşmış tədqiqatçı; O, hərbi tarix, cinsiyyət və cəmiyyət, sevgi və cinsəllik tarixi kimi mövzularda araşdırmalar aparmışdır. Beyli bir sıra tanınmış kitabların müəllifidir və akademik karyerası boyunca müxtəlif universitetlərdə dərs demişdir. O, hazırda Kanzas Universitetində tarix professoru və universitetin 2015-ci ildə əsasını qoyduğu Hərbi, Müharibə və Cəmiyyət Tarixi Mərkəzininin direktorudur.

Bioqrafiyası Beyli 29 dekabr 1957-ci ildə Atlantada anadan olub və Corciya ştatının Smirna şəhərində böyüyüb başa çatıb. Orta məktəbdə o, Atlanta Simfonik Gənclər Orkestrində ilk klarnet ifaçısı və Emori Nəfəslər Ansamblının üzvü olub. Norzvestern Universitetində təhsil alaraq 1979-cu ildə Amerika Mədəniyyəti Proqramı üzrə bakalavr dərəcəsi alıb. Beyli Çikaqo Universitetində ABŞ tarixi üzrə 1982-ci ildə magistr, 1986-cı ildə isə fəlsəfə doktorluğu elmi dərəcəsini almışdır. Havay Universitetində və Kanzas Universitetində səfərdə olan vəzifələrdən sonra o, Kolumbiya Universitetinin Barnard Kollecində (1989-1997), Nyu Meksiko Universitetində (1997-2004), Templ Universitetində (2004-2015) və Kanzas Universitetində (2015-ci ildən idiyədək) dərs demişdir.

Beyli tez-tez əməkdaşlıq etdiyi tarixçi Devid Farberlə evlidir. Onların bir oğlu var.

Mükafatları Beylinin tədqiqatları Milli Humanitar Elmlər Fondu , Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi və Amerika Elmlər Şurası tərəfindən dəstəklənmişdir. O, iki dəfə Ordu Tarixi Fondunun Fərqlənmiş Yazı Mükafatını qazanmışdır.

Beyli 2017-ci ildə Amerika Tarixçiləri Cəmiyyətinə üzv seçilmişdir və Avstraliya, Çin, Fransa, Almaniya, İndoneziya, Yaponiya, Livan, Niderland, Rusiya, Səudiyyə Ərəbistanı və Böyük Britaniyada mühazirələr oxumuş və ya qonaq alim kimi fəaliyyət göstərmişdir.

Biblioqrafiyası

Seçilmiş əsərləri

Tərtib edilmiş əsərləri

İstinadlar