Əbul-Yusr Məhəmməd ibn Məhəmməd əl-Pəzdəvi (; ) — Hənəfi məzhəbinin alimlərindən biri.

Həyatı Əbül-Yusr Pəzdəvi 1030-cu ildə Pəzdədə dünyaya gəlmişdir. Hənəfi fiqhinin üsul və füru elmində böyük alim olan Əbül-Yusr, Əbu Yaqub Yusif ibn Məhəmməd ən-Nişaburidən elm öyrənib yetişmişdir. Səmərqənddə qazılıq (hakimlik) edən Əbül-Yusr, zamanının alimlərin imamı, ən böyüyü hesab olunur. Onun yanına, şərq və qərbdəki hər coğrafiyadan elm öyrənməyə gəlirdilər. "Əbül-Yusr" deyə məşhur olmasının səbəbi, kitablarının yusra, yəni asan başa düşülməsinə çox diqqət yetirməsi idi. Ömər ibn Məhəmməd ən-Nəsəfi onun haqqında belə demişdir:

Fəxrul-İslam Pəzdəvinin qardaşı olan Əbül-Yusr, 1099-cu il və ya 1100-cü ildə Rəcəb ayının 9-unda Buxarada vəfat etmişdir.

Fəaliyyəti Buxaradan Səmərqəndə köçən Əbul-Yusr burada "qazilqudat" (red — qazılar qazısı) vəzifəsini yerinə yetirmiş, 1088-ci ildə şəhər I Məlikşah tərəfindən mühasirəyə alındıqdan sonra Buxaraya qayıtmışdır. Buxarada dərslər vermiş və münazirələrdə (red — elmi debat) iştirak etmişdir.

Əsərləri Əbul-Yusr Pəzdəvinin dövrümüzə qədər gəlib çatan əsərləri bunlardır: Üsulud-din. Bu əsərin Ankara Universiteti, "Dil və Tarix-Coğrafiya fakültəsi"ndə, Süleymaniyənin və Kayserinin Rəşid əfəndi kitabxanalarında əlyazmaları mövcuddur. İsmayıl Saib Səncər nüsxəsinə istinadən Hans Pitr Lins tərəfindən nəşr edilən bu kitab (Qahirə: 1383), Şərəfəddin Gölcük tərəfindən də "Əhli Sünnə Əqaidi" adı ilə tərcümə edilmişdir (İstanbul 1980). Kitab fihi mərifətül-hucəciş-şəriyyə. Bu kitab fiqh üsulu, Quran, sünnə, icma və qiyas mövzularının toxunulduğu bir əsər olub, Mari Bernard və Erik Şaumont tərəfindən nəşr edilmişdir (Qahirə: 2003). Kitabın əvvəlində verilən məlumatdan məlum olur ki, müəllif bundan əvvəl biri müxtəsər olmaqla iki fiqh əsəri qələmə almışdır.

İstinadlar

Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər

Kateqoriya:Hənəfilər