Ursula Bextolşaymer-Kipp (d. noyabr, 1951) — alman əsilli milyarder, iş qadını.

Həyatı Ursula Bextolşaymer-Kipp Almaniyanın pərakəndə satış maqnatı, Massa universal mağazalar şəbəkəsinin qurucusu Karl-Heynz Kippin yeganə qızıdır. 2017-ci ilin oktyabrında atası vəfat etdikdən sonra Ursula onun sərvətinin böyük bir hissəsini miras alıb. Ursula Bextolşaymer-Kipp Dr. Vilfrid Bextolşaymer ilə evli olub. Sunday Times Rich List-ə görə, onların ümumi sərvəti 1 milyard funt sterlinq dəyərində qiymətləndirilir.

Həyatının ilk illəri Bextolşaymer-Kipp Almaniyada anadan olub. O, Karl-Heynz Kipp və Hannelore Kippin iki övladından biridir. Atası Karl-Heiynz Kipp pərakəndə satış və əmlak sahəsində sərvət qazanmış, özünü formalaşdırmış milyarder idi. O, daha çox 1965-ci ildə təsis etdiyi, iki onillik sonra – 1985-ci ildə satdığı Massa universal mağazalar şəbəkəsinin sahibi kimi tanınır. Onun qardaşı Ernst-Lüdviq-Kipp 2003-cü ildə vəfat edib və onun yeddi övladı olub.

Fəaliyyəti

Çuggen Otel Qrup Forbes-ə görə, Ursula 2016-cı ildə Çuggen Hotel Group-un sədri vəzifəsini öz üzərinə götürüb. O, bundan əvvəl uzun illər ərzində şirkətin fəaliyyətində iştirak edib. Çuggen Hotel Qrup lüks kurortlar şəbəkəsidir və 1980-ci ildə Karl-Heynz Kipp tərəfindən yaradılıb. Şirkət Avropada bir neçə kurorta sahibdir, o cümlədən İsveçrənin Arosa şəhərində yerləşən "Tschuggen Grand Hotel" və St. Moritzdəki yalnız lüks suitlərdən ibarət "Carlton Hotel" bura daxildir.

Atçılıq Ursula və əri Vilfred İngiltərənin Qlouçesterşir bölgəsində at yetişdirmə və təlim mərkəzinə sahibdir və onu idarə edirlər.

Şəxsi həyat Dr. Vilfred Bextolşaymer8 aprel 2020-ci ildə, 71 yaşında İsveçrənin Askona şəhərində vəfat edib. Ursula və WVilfredin üç oğlu və bir qızı var.

Onun böyük oğlu Feliks, Curse of Lono adlı qotik musiqi qrupunun üzvüdür. Digər oğlu Qotz, Pensilvaniya Universitetində akademik fəaliyyət göstərir. Ən kiçik oğlu Till (1982-ci il təvəllüdlü) keçmiş avtomobil yarışçısıdır və Nyu-Yorkda yerləşən Arosa Capital Management adlı investisiya idarəetmə şirkətini təsis edib. Yeganə qızı, Laura Tomlinson (Bextolşaymer) Britaniyalı dresaj idmançısıdır və 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında iki medal qazanıb. O, 2013-cü ildə İngilis peşəkar polo oyunçusu Mark Tomlinson ilə evlənib. Toy mərasimində Kembric hersoqu və hersoginyası, eləcə də Sasseks hersoqu iştirak edib.

Bextolşaymer-Kipp ailəsini 1980-ci illərin sonlarında Almaniyadan İngiltərənin Qlouçesterşir bölgəsinə köçürüb. Forbes-ə görə, o, hazırda İsveçrədə yaşayır.

İstinadlar