Meri Deyli (; ) — amerikalı radikal feminist filosof və ilahiyyatçı. Özünü "radikal feminist" kimi təsvir edən Deyli, 33 il boyunca Boston Kollecində (Cizvitlər tərəfindən idarə olunan universitet) dərs demişdir.Meri əvvəllər katolik olsa da, 1970-ci illərin əvvəllərində xristianlıqdan imtina etmişdi. Deyli 1999-cu ildə Boston Kollecinin siyasətini pozaraq irəliləmiş qadın araşdırmaları dərslərinə kişi tələbələri buraxmaqdan imtina etdiyi üçün işindən ayrılmışdır.O, kişi tələbələri giriş dərslərinə qəbul edir və irəliləmiş kursları almaq istəyənlərə xüsusi dərslər keçirdi.
Həyatı və təhsili Meri Deyli 16 oktyabr 1928-ci ildə Nyu-York ştatının Şeneqtadi şəhərində anadan olmuşdur. Ailənin tək uşaq idi. Onun anası evdar qadın, atası isə səyyar satıcı idi.Deyli katolik mühitində böyümüşdür – hər iki valideyni irland katoliki idi və o, uşaqlıqda katolik məktəblərində təhsil almışdır. Meri erkən yaşlarında mistik təcrübələr yaşadığını və təbiətdə ilahi varlığın mövcudluğunu hiss etdiyini bildirmişdir.Deyli 1950-ci ildə Sent-Rouz Kollecindən İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra Katolik Amerika Universitetində İngilis dili üzrə magistr dərəcəsi qazanmışdır.1953-cü ildə Sent-Meri Kollecindən din sahəsində fəlsəfə doktoru (PhD) dərəcəsi almışdır. O, daha sonra İsveçrədəki Friburq Universitetindən müqəddəs ilahiyyat və fəlsəfə sahəsində iki əlavə doktorluq dərəcəsi qazanmışdır.
Karyerası Deyli 1967-1999-cu illərdə Boston Kollecində teologiya, feminist etika və patriarxiya mövzusunda dərslər keçirdi.
Onun ilk kitabı – "Kilsə" (1968) dərc edildikdən sonra, universitet rəhbərliyi Deyliyə müddətli müqavilə verdi və onu işdən çıxarmaqla hədələdi. Lakin tələbələrin və ictimaiyyətin (o dövrdə tələbələr yalnız kişilər idi) geniş dəstəyi nəticəsində Deyliyə daimi müəllimlik hüququ () verildi.
Deyli kişiləri bəzi dərslərinə buraxmadığı üçün yenidən intizam tədbirləri ilə üzləşdi. O bildirirdi ki, kişilərin sinifdə olması müzakirələri məhdudlaşdırır, lakin universitet rəhbərliyi bunun federal qanunun (Title IX) və universitetin gender bərabərliyi siyasətinin pozulması olduğunu irəli sürdü.
1989-cu ildə Deyli, Qadınların Azadlıq İnstitutuna ) üzv oldu. 1998-ci ildə iki kişi tələbə onun dərslərinə buraxılmadıqlarına görə Boston Kollecini məhkəməyə verdi. Onları fərdi hüquqların müdafiəsi mərkəzi () dəstəklədi.Deyliyə universitet rəhbərliyi tərəfindən rəsmi xəbərdarlıq edildi. O, kişiləri qəbul etməkdənsə, dərslərdən kənar qalmağı seçdi. Boston Kolleci onu işdən azad etdi və onun tenure hüquqlarını ləğv etdi. Universitet, Deylinin könüllü olaraq təqaüdə çıxmağa razılaşdığını iddia etsə də, Deyli bunun əksini bildirdi və məhkəməyə müraciət etdi.
Məhkəmə onun tələblərini rədd etdi və məsələ gizli razılaşma ilə həll olundu. Universitet onun könüllü getdiyini müdafiə etsə də, feminist dairələr bunu Deyliyə qarşı haqsızlıq kimi qiymətləndirdi. O, bu hadisələri 2006-cı ildə nəşr etdirdiyi "Amazon Lütfü: Böyük Günah Etməyə Cəsarəti Xatırlamaq" () kitabında sənədləşdirdi.
Deyli, Boston Kollecində Kondoliza Raysın məzuniyyət nitqinə etiraz etdi və ABŞ-da, eləcə də beynəlxalq səviyyədə feminist mövzularda çıxışlar etdi.
Meri 3 yanvar 2010-cu ildə Massaçusets ştatının Qardner şəhərində vəfat etmişdir.
Əsərləri Meri Deyli bir neçə kitab yazmışdır. Onun ən məşhur əsəri – "Tanrını aşaraq" () (1973) hesab olunur. Bu kitab feminist teologiyanın fundamental əsərlərindən biri sayılır və Qərb dinində kişiyə yönümlü baxışları aşmağa çalışır.
"Gyn/Ecology: Radikal Feminizmin Metaetikası" (1978) kitabında Deyli, kişilərin tarix boyu qadınları istismar etdiyini irəli sürür.O, patriarxiyanın bir din olduğunu və qadınları itaətə məcbur etmək üçün qurulduğunu iddia edir. "Saf Şəhvət: Elementar Feminist Fəlsəfə" (1984) və "Uebsterin Yeni Qalaktik Şər Odası" (1987) kitablarında Deyli qadınların patriarxal sistemdən qurtulmaq üçün yeni dil formalaşdırmalı olduqlarını irəli sürür.O, "cadugər", "dəli", "ağbirçək" kimi patriarxal terminlərin yenidən mənalandırılaraq azadlıq rəmzinə çevrilə biləcəyini iddia edirdi. Deylinin düşüncələri feminist teologiyaya və biofiliya konsepsiyasına təsir göstərmişdir. O, vegetarian və heyvan haqları aktivisti idi.
O, qadınlar üçün "həqiqi mövcudluq" () və "yanıltmaçı patriarxal sistem" () konseptlərini yaratmışdı.Deylinin fikrincə, patriarxal sistem ölü sevici (nekrofilik) bir dünyadır və qadınları həyati enerjilərindən məhrum edir. Əksinə, Background – qadınların həqiqi azadlıq məkanıdır.
Tənqidlər və mübahisələr Deylinin fikirləri bəzi feministlər tərəfindən tənqid olunmuşdur. Odri Lord, "Gyn/Ecology" kitabında qara qadınların tarixinə kifayət qədər diqqət yetirilmədiyini bildirmişdi. Onun Deyliyə yazdığı açıq məktub ağ feminist nəzəriyyənin tənqidinin klassik nümunəsi hesab olunur.
Deyli Lordun məktubuna 4,5 ay sonra cavab yazmışdı, lakin bu məktub yalnız 2003-cü ildə Lordun şəxsi sənədlərində aşkar olunmuşdur. Onların şəxsi görüş keçirdikləri bildirilir, lakin Lordun bu izaha razı olub-olmadığı məlum deyil.
Biblioqrafiya
Kibaları
Məqalələri Republished in Text is from Gyn/Ecology (book), at the time not yet published.
Republished as
İstinadlar
Xarici keçidlər Mary Daly papers at the Sophia Smith Collection, Smith College Special Collections
Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ filosofları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları