Meri H. Blevett () — Amerika sosial tarixi, qadın tarixi və əmək tarixi sahələrində ixtisaslaşmış yazıçı və akademikdir. O, Massaçusets Universiteti Louellin təqaüdçü professorudur və 1999-cu ildə, 36 illik akademik fəaliyyətindən sonra təqaüdə çıxmışdır. Blevett altı akademik monoqrafiyanın və çoxsaylı məqalələrin müəllifi və ya həmmüəllifi olmaqla yanaşı, iki roman da yazmışdır.
Həyatı və təhsili O, Qabriele Annan ilə ömrü boyu dostluq etmişdir. Onlar İngiltərədəki irəliləyişçi bir internat məktəbində tanış olmuşdular.
Blevett bakalavr, magisr və fəlsəfə doktorluğu dərəcələrini Missuri Universitetində almışdır.
Fəaliyyəti Blevett 1965-ci ildə Louell şəhərinə gəldi və əvvəlcə Louell Dövlət Kollecinin tarix departamentində işləməyə başlamışdır. Bu kollecin adı sonradan Massaçusets Universiteti Louell olaraq dəyişdirildi. 1970-ci illərdə Blevett Merrimak Vadisində icma tarixi layihələrində daha fəal iştirak etməyə başladı. O, Louell Milli tarix parkının yaradılmasında və onunla bağlı şifahi tarix layihələrində rol oynadı. 1976-cı ildə Blevett Coan Rotşild ilə birlikdə Massaçusets Universiteti Louelldə Qadın araşdırmaları proqramını təsis etdi. 1976–1978-ci illərdə o, Louell tarix cəmiyyətinin ilk qadın prezidenti oldu.Newsletter lowellhistoricalsociety.org Təqaüdə çıxdıqdan sonra, Massaçusets Universiteti Louellin tarix departamenti Blevettin şərəfinə tələbə araşdırma məqaləsi üçün illik mükafat təsis etdi.
Seçilmiş əsərləri
Monoqrafiyaları 1989, Men, Women and Work: Class, Gender, and Protest in the New England Shoe Industry, 1780–1910, University of Illinois Press. 1990, The Last Generation: Work and Life in the Textile Mills of Lowell, Massachusetts, 1910–1960 and Constant Turmoil: The Politics of Industrial Life in Nineteenth Century New England, University of Massachusetts Press. 1991, We Will Rise in Our Might: Working Women's Voices from Nineteenth-Century New England (Documents in American Social History), Cornell University Press 1995, (co-author with Christine McKenna) To Enrich and to Serve: The Centennial History of the University of Massachusetts, Lowell 2000, Constant Turmoil: The Politics of Industrial Life in Nineteenth-Century New England, University of Massachusetts Press. 2009, The Yankee Yorkshireman: Migration Lived and Imagined (Studies of World Migrations), University of Illinois Press.Worldcat Blewett, Mary H. https://www.worldcat.org/identities/lccn-n82095491/
Romanları 2014, Dealt Hands: A Novel of the Seventies, CF Publishing Group 2018, The Unforeseen, Archway Publishing
Mükafatları Blevettin "Kişilər, qadınlar və iş" əsəri, Coan Uallax Skott ilə birlikdə 1989-cu ildə Amerika tarix assosiasiyası tərəfindən Qadın tarixi sahəsində Coan Kelli Memorial Mükafatına layiq görülmüşdür. Bundan əlavə, 1989-cu ildə Herbert G. Qutman Mükafatını (ən yaxşı dissertasiya üçün) və Yeni İngiltərə tarix assosiasiyasının kitab mükafatını qazanmışdır.
O, həmçinin iyirmi il ərzində Massaçusetsdə müxtəlif muzeylərdə və tarix cəmiyyətlərində mühazirələr oxumuşdur.
İstinadlar