Əbu Abdullah ən-Nafi əl-Ədəvi əl-Mədəni (; ) — Tabiin nəslinə mənsub hədis alimi və fəqih.
Bioqrafiyası Təqribən 651-ci ildə dünya gələn Mövla ibn Ömər, Aişə, Əbu Hüreyrə, Ümmü Sələmə, Rəfi ibn Xədic, Əbu Lübabə və başqalarından elm almışdır. Əyyub əs-Sixtiyani, Übeydullah ibn Ömər, İbn Əvn, İbn Cüreyc, Əbu Hənifə, Malik, Əvzai, Leys ibn Səd və başqaları ona tələbəlik etmişdir. Buxari, Malik — Nafi — İbn Ömər silsiləsi olan isnadı ən səhih isnad (əsahhül-əsanid) hesab etmişdir. Nafi otuz il Abdullah ibn Ömərə xidmət etmişdir. Buna görə də ona Mövla ibn Ömər (Abdullah ibn Ömərin azad olunmuş köləsi) deyilmişdir.
Malikin dediyinə görə Mövla ibn Ömər ərəb olmadığı üçün tələffüzü qüsurlu olmuşdur. O, rəvayətdəki dil xətalarını aradan qaldırmağı doğru hesab etməmiş, "mən deşitdiyim kimi nəql edirəm" demişdir. Onun rəvayətlərinə "Altı kitab" başda olmaqla bütün hədis kitablarında yer verilmişdir. Bütün hədis alimləri tərəfindən siqa qəbul edilən Mövla ibn Ömərə qarşı həm avropalı şərqşünaslar, həm də İslam alimləri tərəfindən müəyyən iddialar irəli sürülsə də bu iddialar elm əhli tərəfindən əsassız qəbul edilərək tənqid edilmişdir.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar