Vaxtanq İliç Kotetişvili (; ) — folklorşünas, esseist, ədəbiyyatşünas alim, tənqidçi, tarixçi, rəssam, heykəltəraş, sənətşünas, jurnalist və ictimai xadim. Gürcü folklorşünaslığının banisi. Həyatı 250px|thumb|left|Qara çuxa geyinənlər, Konstantin Qamsaxurdiya, Aleksandr Abaşeli, Pavle İnqorokva və Vaxtanq Kotetişvili (sağdan ikinci) Vaxtanq Kotetişvili 1893-cü ildə Gürcü kilsəsinin baş keşişi (protoierey) İlya Kotetişvili və Yekaterina Bidzinaşvilinin ailəsində anadan olub. Ondan başqa ailədə daha üç uşaq olub. Bacısı İvlita və qardaşları Giqo və Lado.

Vaxtanq Kotetişvili 1911-ci ildə Tiflis İlahiyyat Seminariyasını bitirmiş, müqəddəs ordenlər almış və Vladimir Bexterev tərəfindən yaradılmış Sankt-Peterburq Psixonevroloji İnstitutunun pedaqoji fakültəsində təhsilini davam etdirmişdir.

Kotetişvili 1914-1918-ci illərdə Dorpat Universitetinin (hazırda Tartu Universiteti) tarix-filologiya fakültəsində təhsil almışdır. 1918-ci ildə universiteti bitirib. 1919-cu ildən Tiflisdə müxtəlif məktəblərdə müəllim işləmişdir.

Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirən ilk məzunlar (akademiyanın verdiyi diplomda birinci məzun) arasında olub. Sonradan Vaxtanq Kotetişvili 1930-1932-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru olub.

Vaxtanq Kotetişvili XIX əsr gürcü ədəbiyyatı tarixi kursunu yaratmışdır. O, Tbilisi Dövlət Universitetində folklor kafedrasını yaratmış, mühazirələr oxumuş, ilk folklor ekspedisiyasını təşkil etmişdir.

Gürcüstanın sovetləşdirilməsindən sonra Vaxtanq Kotetişvili 1921-ci ilin fevralında Gürcüstanın Sovet Rusiyasına birləşdirilməsinə etiraz olaraq, yazıçı Konstantin Qamsaxurdiya, tarixçi Pavle İnqorokva və şair Aleksandr Abaşeli ilə birlikdə bir neçə ay qara matəm çuxası geyinib.

Vaxtanq Kotetişvili 30-cu illərdə sökülməsi planlaşdırılan Mtatsmindadakı Müqəddəs David kilsəsini (Mama-Daviti) fədakarlıqla müdafiə edib.

Vaxtanq Kotetişvili repressiya qurbanı olub. O, 1937-ci il yanvarın 17-də güllələnib.

Ailəsi Qızları - Leyla, Manana Oğlu - Vaxuşti Kotetişvili (1935-2008) - ədəbiyyatşünas, folklorşünas və tərcüməçi. Nəvəsi - Quqa Kotetishvili - rəssam. Nəvəsi - Tato Kotetişvili (1959, Tbilisi - 1997, Rotterdam) - rejissor, 1997-ci ildə vəfat edib.

Xatirəsi Tbilisidə bir küçə Vaxtanq Kotetişvilinin adını daşıyır.

İstinadlar

Xarici keçidlər Он был ученым огромного диапазона

Kateqoriya:Gürcüstan folklorşünasları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri