Fransisko Xavyer Dorado Byelsa () — müdafiəçi mövqeyində çıxış etmiş ispaniyalı keçmiş peşəkar futbolçu.
Klub karyerası Dorado 17 fevral 1977-ci ildə İspaniyanın Toledo vilayətinin Talaveda-de-la-Reyna şəhərində anadan olub. O, "Real Madrid" klubunda çıxış etmiş, klubun əsas komandasında hər ikisi La Liqanın 1999–2000 mövsümündə olmaqla iki liqa oyununda oynamışdır. Bunlardan birincisi klubun 20 fevral 2000-ci ildə "Valensiya" ilə səfər oyununda 1–1 bərabərə qaldığı matç, digəri isə İspaniya Kral Kuboku çərçivəsində Mestalla stadionunda yenə "Valensiya"ya qarşı oynanılan və 6–0 hesablı məğlubiyyətlə yekunlaşmış matç olub. O, "Real"ın 2000 FİFA Klublararası Dünya Çempionatının heyətinə daxil edilib. Turnirdə o, üçüncü yer uğrunda "Nekaksa" ilə oynanılan pley-off matçındakı penaltilər seriyası zamanı uğursuz penalti müəllifi olub. Bundan sonra Dorado İspaniya ikinci divizionu klubları "Salamanka" və "Sportinq Xixon"a icarəyə verilib.
2002–2003 mövsümündə Dorado La Liqaya qayıtdı və "Rayo Valyekano" klubunda çıxış etdi. Növbəti mövsümdə o, "Xixon"a geri qayıtdı və daha üç il ikinci liqada mübarizə apardı.
2006-cı ilin iyulunda Dorado "Malyorka" ilə bir illik müqavilə imzalasa da, komandanın heyətində demək olar ki, çıxış etmədi. O, klub üçün cəmi 7 oyunda çıxış etdikdən sonra 2008-ci ilin iyulunda ön çarpaz bağlarının zədələnməsi səbəbi ilə klubdan ayrıldı.
Ölüm Dorado 27 fevral 2025-ci ildə 48 yaşında leykoz səbəbi ilə vəfat edib.
İstinadlar
Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Malyorka FK futbolçuları Kateqoriya:Rayo Valyekano FK futbolçuları Kateqoriya:Salamanka FK futbolçuları Kateqoriya:Real Madrid FK oyunları Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər