thumb|upright|Robert Duayer Coysun İrlandiya cəngavərliyi haqqında balladalarında Kliodnanın təsviri (1872)

İrlandiya mifologiyasında Kliodna (, ingilis dilində Klina kimi transliterasiya olunur) — Tuata De Danannın banşi kraliçasıdır. Karriqklinanın Kliodnası, Cənubi Manster və ya Desmondun sióga (pəri) xalqına rəhbərlik edən güclü banşidir.

Bəzi İrland miflərində Kliodna sevgi və gözəllik ilahəsi, eləcə də Kork qraflığının hamisi kimi təsvir edilir. Deyilənə görə, o, digər dünyaya aid bir ağacın meyvələri ilə qidalanan üç parlaq rəngli quşa sahibdir və bu quşların şirin nəğmələri xəstəlikləri sağaldır. Onun sarayı Malloudan 8 km məsafədə yerləşən qaya yığınlarının içərisində idi və bu yer hələ də Karriqklina () adlanır. Manster kəndliləri arasında onun haqqında çoxlu əfsanələr danışılırdı və onu özlərinin xeyirxahı hesab edirdilər.

Əlaqəli ailələr və əfsanələr Ümumiyyətlə, müşahidə olunur ki, Kliodna əsasən Mansterin qədim İrland ailələri ilə əlaqələndirilir. O, xüsusilə e.ə. 373-cü ildən 977-ci ilədək hakimiyyətdə olan Ui-Fidqeynte tayfasına (O'Donovanlar və O'Kollinslər) və sonralar onların ərazisi ilə əlaqəli olan Makkarti və Fitscerald ailələrinə bağlıdır.

Kliodna Desmond Makkarti sülaləsi tərəfindən onların qoruyucu ruhu kimi qəbul edilmişdir. O, həmçinin O'Kif və Fitscerald ailələri ilə də bağlı olmuş, onlarla romantik münasibətləri olmuşdur.

Kliodnanın adı həmçinin O'Kif və O'Donovan nəslinə aid poetik və nəsr əsərlərində çəkilir. O'Donovanlar əvvəlcə Şimali Mansterdəki Ficenti bölgəsindən olub, özlərinin Monqfind adlı ilahəyə sitayiş etdikləri halda, sonralar Cənubi Manster sahillərindəki Karberi bölgəsinə köçərək Kliodna ilə bağlı əfsanələrdə yer alıblar. O'Kif ailəsinin Kliodna ilə bağlı əfsanələri daha zəngindir.

İrland inqilabçısı Maykl Kollins də Kliodna haqqında bilirdi. O, oxuduğu Rosskarberi məktəbində onun haqqında əfsanələr eşidirdi və bazar günləri Kliodnanın qayasına səfərlər edirdi.

Kliodnanın Dalğası Bu əfsanə İrlandiyanın ən uzun orta əsr ədəbiyyat nümunələrindən biri olan Acallam na Senórach ("Qədimlərin Söyləyişləri") əsərində qeydə alınıb.

Əfsanəyə görə, Fianna dövründə Ulster kralının oğlu, buruq saçlı Kiabham İrlandiyanı tərk etmək üçün dənizə açılır. Lakin nəhəng dalğalarla qarşılaşır və bir qara atın belində, qızılı yüyəni olan sirli bir adam tərəfindən xilas edilir. Onlar Manannan adlı padşahın idarə etdiyi Tír Tairngire ("Vəd Edilmiş Torpaq") adlı digər dünyaya aid bir yerə çatırlar. Orada Kaibham şənliklərdə iştirak edir. Bu ölkənin baş druidi Qebannın Kliodna adlı gözəl saçlı bir qızı var idi. Kliodna Kiabhama aşiq olur və onunla birlikdə İrlandiyaya qaçmağa razılaşır. Onlar Teyt çimərliyinə çatırlar, lakin Manannanın adamları onların ardınca gəlir. Onlardan biri Kliodnaya sehrli bir musiqi çalır, o yuxuya gedir və nəhəng bir dalğa gəlib onu aparır. Bundan sonra həmin yer Tonn Chlíodhna ("Kliodnanın Dalğası") adlanmağa başlayır. Əfsanənin müxtəlif versiyalarında Kliodnanın həqiqətən boğulub-boğulmadığı fərqli şəkildə təsvir edilir.

Həmçinin bax Banşi Baobhan sith

İstinadlar

Ədəbiyyat Franklin, D., Cliodhna, the Queen of the Fairies in South Munster, in the Journal of the Cork Historical and Archaeological Society, Volume III, Second Series. 1897. pp. 81 ff Joyce, R. D., "Earl Gerald and His Bride", in Ballads of Irish Chivalry. Boston. 1872. (pgs. 28–36)

Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Mifoloji kraliçalar Kateqoriya:Sevgi və ehtiras ilahələri Kateqoriya:İrland ilahələri