Səngi Muğan palçıq vulkanı– Bəndovan burnundan 15 km şimal-şimal - şərqdə yerləşir.

Haqqında Səngi Muğan palçıq vulkanının ada ölçüsü 1500*530 olan oval formaya malikdir. Yüksək yayla şəklində olan adanın mərkəzi hissəsi cənub-şərq tərəfdən cənub-şərqdən şimal-qərbə doğru uzanan krater bəndi ilə haşiyələnir. Yayla eni 25-30 m (cənub-qərbdə) və 70-80 m (qərbdə) olan daşlı sahil düzənlik zolağı ilə haşiyələnir. Adanın cənub-şərq hissəsində hündürlüyü 5 m olan iki təpə vardır ki, bunlardan birinin üzərində 1891-ci ildə hündürlüyü 33,5 m olan mayaq qurulmuşdur. Brekçiyanın sahasi 213 haŞ orta qalınlığı 15 m-dir. Səngi Muğan iri uzununa və eninə yerdəyişmə kəsişməsində yerləşən asimmetrik braxiantiklinalla əlaqədardır. Vulkan pozulmaların kəsişməsində yerləşir. İlk dəfə 1903-cü il, daha sonra 1923, 1932,1933, 2008-ci illərdə püskürüb.

Həmçinin bax Torağay palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Palçıq vulkanları qrupu DTQ

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları