Helen Siksus (d. 5 iyun, 1937) — fransız yazıçı, ədəbi tənqidçi, tamaşa oyunçusu.
Onun akademik karyerası əsasən Vensen Universitet Mərkəzi (bu gün Paris VIII Universiteti) ilə bağlı olub. O, 1969-cu ildə bu universitetin təsisçilərindən biri kimi çıxış edib və burada Avropa universitetində ilk qadın araşdırmaları mərkəzini yaradıb. Eksperimental yazı üslubu, yazıçı və filosof kimi böyük çoxşaxəliliyi ilə tanınan Helen teatr, ədəbiyyat və feminist nəzəriyyə, incəsənət tənqidi, avtobioqrafiya və poetik nəsr kimi müxtəlif janrlarda yetmişdən çox kitab yazıb.
O, ilk dəfə 1969-cu ildə yarı-avtobioqrafik "Dedans" (Daxildə) adlı romanı ilə diqqət çəkib. Bu əsər Mediçi mükafatını qazanmışdır. O şəxsiyyət, yaddaş, ölüm və yazı mövzularını araşdırmışdır. Bəlkə də ən çox 1976-cı ildə dərc olunmuş "Meduzanın gülüşü" adlı məqaləsi ilə tanınır. Bu məqalə onu poststrukturalist feminizmin ilk nəzəriyyəçilərindən biri kimi möhkəmləndirmişdir. O, Adel Abdessemed, Pyer Aleşinski, Simona Benmussa, Jak Derrida, Simon Antay, Daniel' Mesgiş və Ariana Mnuşkina kimi bir sıra rəssamlar və rejissorlarla əməkdaşlıq etmişdir. Ədəbiyyat üzrə Nobel Mükafatına layiq namizədlər arasında yer alır.
Həyatı və fəaliyyəti
Şəxsi həyatı Siksus, fransız Əlcəzairinin Oran şəhərində yəhudi valideynlər – Eve Siksus (qızlıq soyadı Kleyn) (1910–2013) və Corc Siksus (1909–1948) ailəsində anadan olmuşdur.
Atası Corc Siksus vərəmlə bağlı dissertasiya yazmış bir həkim idi və 1948-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Atasının ölümündən sonra anası Eve Siksus Əlcəzairdə mamaça kimi çalışmış, lakin 1971-ci ildə "sonuncu fransız həkim və mamaçalarla birlikdə" ölkədən qovulmuşdur.
Siksus'un qardaşı Pyer "tibb tələbəsi və Əlcəzairin müstəqilliyini dəstəkləyən şəxs" olduğuna görə 1961-ci ildə Gizli Silahlı Təşkilat tərəfindən ölüm cəzasına məhkum edilmiş və Bacısı Siksusa Bordoda qovuşmuşdur. Anası və qardaşı 1962-ci ildə ölkənin müstəqilliyindən sonra Əlcəzairə qayıtmış, lakin həbs olunmuşlar. Siksus, Ahmed Ben Bella'nın vəkilinin köməyi ilə onların azadlığa buraxılmasını təmin etmişdir.
Siksus 1955-ci ildə Qay Berger ilə evlənmiş, bu evlilikdən üç övladı olmuşdur: Ann-Emmanuel (ö. 1958), Stefan (1960–1961) və Pyer-Fransua (ö. 1961). Siksus və Berger 1964-cü ildə boşanmışdır.
Akademik karyerası Siksus 1959-cu ildə İngilis dili üzrə aqreqasiya, 1968-ci ildə isə ədəbiyyat doktoru elmi dərəcəsini almışdır. Bu dövrdə onun əsas diqqəti ingilis ədəbiyyatı və Ceyms Coysun əsərlərinə yönəlmişdi.
Siksus 1962-ci ildə Bordo Universitetində köməkçi müəllim olmuş, 1965–1967-ci illərdə Sorbonnada baş müəllim köməkçisi kimi fəaliyyət göstərmiş və 1967-ci ildə Paris Nanter Universitetində dosent vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə Fransada baş verən tələbə iğtişaşlarından sonra Siksus, ənənəvi Fransız akademik mühitinə alternativ kimi yaradılmış Paris VIII Universitetinin qurulması üçün məsul şəxs təyin edilmişdir. O, 1974-cü ildə universitetdə Avropada ilk qadın araşdırmaları mərkəzini təsis etmişdir.
Siksus daha sonra Paris VIII Universitetində və İsveçrənin Saas-Fee şəhərində yerləşən Avropa Magistratura Məktəbində professor kimi fəaliyyət göstərmişdir.
Biblioqrafiyası
İngilscə çap edilmiş əsərləri
Seçilmiş kitabları
co-authored with Jacques Derrida.
Foreword by Jacques Derrida.
Well-Kept Ruins. Translation by Beverley Bie Brahic, Seagull Books, 2022 ISBN 9781 80309 059 7
Tamaşaları
"The Conquest of the School at Madhubai," trans. Carpenter, Deborah. 1986. "The Name of Oedipus," trans. Christiane Makward & Miller, Judith. In: Out of Bounds: Women's Theatre in French. Ann Arbor: University of Michigan Press. 1992. "The Terrible but Unfinished Story of Norodom Sihanouk, King of Cambodia," trans. Juliet Flower MacCannell, Judith Pike, and Lollie Groth. University of Nebraska Press, 1994.
Fransızca nəşr edilmiş əsərləri
Tənqidi əsərləri
L'Exil de James Joyce ou l'Art du remplacement (The Exile of James Joyce, or the Art of Displacement). 1969 (1985).
Kitabları
.
Ruines bien rangées published by Éditions Gallimard, 2020
Teatr
La Pupulle, Cahiers Renaud-Barrault, Gallimard, 1971. Portrait de Dora, Des femmes, 1976. Le Nom d'Oedipe. Chant du corps interdit, Des femmes, 1978. La Prise de l'école de Madhubaï, Avant-scène du Théâtre, 1984. L'Histoire terrible mais inachevée de Norodom Sihanouk, roi du Cambodge, Théâtre du Soleil, 1985. Théâtre, Des femmes, 1986. L'Indiade, ou l'Inde de leurs rêves, Théâtre du Soleil, 1987. On ne part pas, on ne revient pas, Des femmes, 1991. Les Euménides d'Eschyle (traduction), Théâtre du Soleil, 1992. L'Histoire (qu'on ne connaîtra jamais), Des femmes, 1994. "Voile Noire Voile Blanche / Black Sail White Sail", bilingual, trad. Catherine A.F. MacGillivray, New Literary History 25, 2 (Spring), Minnesota University Press, 1994. La Ville parjure ou le Réveil des Érinyes, Théâtre du Soleil, 1994. Jokasta, libretto to the opera of Ruth Schönthal, 1997. Tambours sur la digue, Théâtre du Soleil, 1999. Rouen, la Trentième Nuit de Mai '31, Galilée, 2001. Le Dernier Caravansérail, Théâtre du Soleil, 2003. Les Naufragés du Fol Espoir, Théâtre du Soleil, 2010.
Seçilmiş esseyləri
L'Exil de James Joyce ou l'Art du remplacement (doctoral thesis), Grasset, 1969. Prénoms de personne, Le Seuil, 1974. The Exile of James Joyce or the Art of Replacement (translation by Sally Purcell of L'exil de James Joyce ou l'Art du remplacement). New York: David Lewis, 1980. Un K. Incompréhensible : Pierre Goldman, Christian Bourgois, 1975. La Jeune Née, with Catherine Clément, 10/18, 1975. La Venue à l'écriture, with Madeleine Gagnon and Annie Leclerc, 10/18, 1977. Entre l'écriture, Des femmes, 1986. L'Heure de Clarice Lispector, Des femmes, 1989. Photos de racines, with Mireille Calle-Gruber, Des femmes, 1994. Lettre à Zohra Drif, 1998 Portrait de Jacques Derrida en Jeune Saint Juif, Galilée, 2001. Rencontre terrestre, with Frédéric-Yves Jeannet, Galilée, 2005. Le Tablier de Simon Hantaï, 2005. Insister. À Jacques Derrida, Galilée, 2006. Le Voisin de zéro : Sam Beckett, Galilée, 2007 Défions l'augure (on the quote 'we defy augury' from Hamlet), Galilée, 2018
İstinadlar Kateqoriya:XXI əsr Fransanın qadın yazıçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Biseksual yazıçılar Kateqoriya:Əlcəzair yazıçıları Kateqoriya:Yəhudi filosoflar Kateqoriya:Seksuallıq fəlsəfəsi Kateqoriya:Fransa ədəbi tənqidçiləri Kateqoriya:XX əsr Fransa yəhudiləri