Daboia russelii — Cənubi Asiyaya aid olan və Viperidae fəsiləsinə daxil olan yüksək dərəcədə zəhərli bir ilan növü. 1797-ci ildə Corc Şou və Frederik Polidor Nodder tərəfindən təsvir edilmişdir. İlan, şotland herpetoloq Patrik Raslın (Patrick Russell) şərəfinə adlandırılmışdır. Olduqca ağrılı dişləməsi ilə tanınan bu ilan, Hindistanın "dörd böyük" təhlükəli ilanından biri hesab olunur.
Taksonomiya
İngilis təbiətşünası Corc Şou və illüstrator Frederik P. Nodder 1797-ci ildə "The Naturalist's Miscellany" əsərində bu növü Coluber russelii adı ilə təsvir etmişdir. Nümunə Şotland herpetoloqu Patrik Rasl tərəfindən Britaniya Muzeyinə təqdim edilmişdi. Rasl 1796-cı ildə yazdığı "An account of Indian serpents, collected on the coast of Coromandel" əsərində bu növün yüksək dərəcədə zəhərli olduğunu toyuqlar və itlər üzərində apardığı təcrübələrlə təsdiq etmişdir. O, həmçinin yerli əhali tərəfindən ilanın "katuka retula poda" adlandırıldığını qeyd etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1797-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Hindistan sürünənləri