Hacıxanlı (əvvəlki adı: Zorkeşiş) — Azərbaycan Respublikasının Laçın rayonunun Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılmışdır. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılmışdır.

Etimologiyası Kənd XIX əsrin əvvəllərində gəlmə ermənilər yerləşdirildikdən sonra salındığı ərazinin adı ilə Zorkeşiş adlandırılmışdı. Kəndin ərazisi əvvəllər mənşəcə qarabayramlı tayfasının hacıxanlı tirəsinin qışlaqlarından biri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Hacıxanlı kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Hacıxanlı Laçın rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Əhalisi Kəndin əhalisi kürd mənşəli hacısamlı camaatındandır.Ənvər Çingizoğlu, Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Laçın rayonunun kəndləri