Fələstin Prezidenti — Fələstin Dövlətinin dövlət başçısı. Yasir Ərəfat Fələstin Müstəqillik Bəyannaməsindən bir il sonra 1989-cu ildə Fələstin Dövlətinin ilk prezidenti oldu. Vəzifə əvvəlcə Fələstin Milli Adminstrasiyasının sədri de-fakto vəzifəsinə paralel idi. Hər iki vəzifə 1994-cü ildən Yasir Ərəfat tərəfindən icra edilmiş və 2004-cü ilin noyabrında vəfatına qədər davam etmiş və onun xələfi Mahmud Abbas tərəfindən davam etdirilmişdir.
2005-ci ilin yanvarında Fələstin Mərkəzi Şurası M. Abbasdan Fələstin Dövlətinin Prezidenti vəzifəsini icra etməyi xahiş etdi.PLO asks Mahmud Abbas to be acting president of "state of Palestine" , Al Jazeera, 8 May 2005 2008-ci ilin noyabrında FMŞ Mahmud Abbasın Fələstin Dövlətinin Prezidenti kimi fəaliyyətinin davam etdirilməsini təsdiqlədi.PLO body elects Abbas ′president of Palestine′, AFP, 23 November 2008
Həmçinin bax İsrail-Fələstin münaqişəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fələstin siyasətçiləri Kateqoriya:Fələstin Dövləti Kateqoriya:Ölkələrinə görə prezidentlər