Ulla Vestermark (d. 30 mart, 1927 – ö. 22 fevral, 2020) isveçli numizmat idi və qədim yunan sikkələri üzrə mütəxəssis kimi tanınırdı. O, 1979-1983-cü illərdə Stokholm Sikkə Kabinetinin direktoru olmuşdur. Numizmatika sahəsinə verdiyi töhfələrə görə Kral Numizmatika Cəmiyyəti, Amerika Numizmatika Cəmiyyəti, Beynəlxalq Pul Tarixi Cəmiyyəti və İsveç Numizmatika Cəmiyyəti tərəfindən müxtəlif mükafatlarla təltif edilmişdir.
Bioqrafiya Ulla Lundstryom 30 mart 1927-ci ildə İsveçin Trollhettan şəhərində anadan olmuşdur. O, 1947-ci ilə qədər Ereboda Qızlar üçün ümumi ali məktəbdə təhsil almışdır. Daha sonra Stokholm Universitetində ədəbiyyat, incəsənət tarixi və arxeologiya üzrə təhsil almış və 1954-cü ildə məzun olmuşdur. Universitetdə onun müəllimlərindən biri qədim yunan sikkələri üzrə mütəxəssis olan alman numizmat Villi Şvabaxer idi. Şvabaxer Vestermarkın numizmatikaya maraq göstərməsində əsas rol oynamışdır. Sonralar, o, Amfipolis sikkələri üzrə Şvabaxerin işini davam etdirmişdir. Vestermark 1952-ci ildə Per Vestermark (1929–1954) ilə evlənmişdir. 1959-cu ildə, Vestermark doktorluq dissertasiyasını tamamlamış və bu iş 1961-ci ildə "Perqamonlu Fileterosun portreti. Sikkələrin korpusu") adı ilə çap edilmişdir. Bu tədqiqatında o, Attika Fileteros sikkələrini yeddi qrupa ayırmışdır. Onun təklif etdiyi tarixlər sonradan müəyyən dəyişikliklərə məruz qalmışdır. 1961-ci ildən etibarən o, İsveçin Kral Sikkə Kabinetində çalışmış, 1979-1983-cü illərdə isə bu qurumun direktoru olmuşdur. Bu müddətdə C. Kennet Cenkins ilə birlikdə "Kamarina sikkələri" adlı əsərini yazmışdır. Bu kitab 1980-ci ildə Kral Numizmatika Cəmiyyəti tərəfindən çap edilmişdir. 1983-cü ildə Vestermark direktorluq vəzifəsindən istefa verərək müxtəlif kolleksiyalarla daha yaxından işləməyə üstünlük verdiyini bildirmişdir. 1992-ci ildə isə təqaüdə çıxmışdır.
1986-1996-cı illər arasında, təqaüddə olduğu müddətin bir hissəsində, Yunan sikkələrinin toplusu layihəsinin əlaqələndiricisi kimi fəaliyyət göstərmişdir. O, İsveç Numizmatika Cəmiyyətinin təşviqi ilə geniş miqyaslı sikkə kataloqunun hazırlanmasına kömək etmişdir. Numizmat C. Kennet Cenkins, bu layihənin uğurlu həyata keçirilməsində Vestermarkın əhəmiyyətli rol oynadığını vurğulamışdır. O, Helenistik dövr sikkələri üzrə mütəxəssis idi və əsas tədqiqat sahələrinə Siciliya, Makedoniya krallarının sikkələri və tunc sikkələr daxil idi.
Tanınma 2002-ci ildə Harald Nilsson, Vestermark-ın 75 illik yubileyinə həsr olunmuş Festşrift (elmi məqalələr toplusu) hazırlamışdır. Bu kitaba qədim yunan sikkələri üzrə ixtisaslaşmış 47 numizmatika mütəxəssisi töhfə vermişdir.
O, həmçinin:
Beynəlxalq Numizmatika Şurasının fəxri üzvü, Kral Numizmatika Cəmiyyətinin fəxri üzvü, İsveç Numizmatika Cəmiyyətinin 1967-ci ildən müxbir üzvü seçilmişdir.
Mükafatları
1995 – Beynəlxalq pul tarixi cəmiyyətinin mükafatı 1997 – Gunnar Holst medalı"Prize to Ulla Westermark" . Swedish Numismatic Journal . 1. 1998. Swedish Numismatic Survey, p.5. 1997 – Huntington medal mükafatı (Amerika Numizmatika Cəmiyyəti tərəfindən) 2001 – Kral Numizmatika cəmiyyətinin medalı
Seçilmiş əsərləri
Westermark, Ulla. "The Coinage of Akragas c. 510-406: Studia numismatica Upsaliensia." (2018). Westermark, Ulla. The Coinage of Akragas c. 510–406 BC. Part 2: Catalogue. Acta Universitatis Upsaliensis, 2018. Westermark, Ulla. Influences from South Italy on Early Macedonian Bronze Coins. na, 1996. Westermark, Ulla, G. K. Jenkins, and G. K. Jenkins. "The coinage of Kamarina: Special publication/Royal Numismatic Society." (1980). Westermark, U. L. L. A. "The fifth century bronze coinage of Akragas." Atti del VI Convegno del Centro Internazionale di Studi Numismatici, Rome (AIIN, suppl. 25) (1979): 3–25.
İstinadlar