Hanna Albertina Ryud (d. 12 fevral, 1891 – ö. 29 iyun, 1964) — isveçli arxeoloq və Liberal Xalq Partiyasının siyasətçisi; 1943–1944-cü illərdə İsveç Parlamenti (Riksdaq) üzvü kimi fəaliyyət göstərmiş və 1946–1952-ci illərdə Beynəlxalq Qadınlar Alyansının 3-cü prezidenti olmuşdur.Rydh, Hanna i Vem är vem?, pp. 1116, 1962

Həyatı Hanna Ryud Stokholmda Yohan Albert Ryud və Matilda Cosefina Vestlandın ailəsində doğulmuşdur. 1919-cu ildə arxeoloq Bror Şnitger (1882–1924) ilə evlənmişdir. Onun ölümündən sonra, 1929-cu ildə Yamtland-Haryedalen qubernatoru (1931–1938) olmuş Mortimer Munk Rozenşeld (1887–1942) ilə ikinci dəfə ailə qurmuşdur.Tvåkammarriksdagen 1867–1970, Vol 1 (Almqvist & Wiksell International 1988), Vol. 1, pp. 166–167

Elmi fəaliyyəti Ryud Stokholmda Vallinska məktəbində təhsil almış və daha sonra Stokholm Universitetində arxeologiya üzrə təhsilini davam etdirmişdir. O, 1915-ci ildə ədəbiyyat tarixi, arxeologiya və incəsənət tarixi üzrə məzun olmuş, 1919-cu ilin may ayında isə Uppsala Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir.

1916–1930-cu illərdə Adelsoda, 1917–1921-ci illərdə isə Gastriklandda arxeoloji qazıntılar aparmışdır. 1922-ci ildə ona Beynəlxalq Universitet Qadınları Federasiyası tərəfindən tədqiqat qrantı ayrılmışdır. Onun ana olduğu üçün bu təqaüdü alıb-almaması ilə bağlı sual veriləndə "Oğlumun doğulması heç nəyi dəyişmir"Hanna A Rydh (-Munck af Rosenschöld), urn:sbl:6279, Svenskt biografiskt lexikon (art av Hjördis Levin), hämtad 2015-06-13. cavabını verməsi geniş beynəlxalq diqqət çəkmişdirHanna A Rydh (-Munck af Rosenschöld) urn:sbl:6279, Svenskt biografiskt lexikon (art av Hjördis Levin), hämtad 2015-06-13..

1924–1925-ci illərdə Sent Jermen-an-Ledəki milli qədim əsərlər muzeyində müvəqqəti attaşe kimi çalışmışdır.

Arxeoloji fəaliyyətindən əlavə, müxtəlif elmi jurnallarda populyar məqalələr dərc etdirmişdir. O, universiteti bitirdiyi dövrdə, 1919-cu ildə İsveçdə qadınlar kişilərlə hüquq bərabərliyini yenicə əldə etmişdilər. İsveç qadın hərəkatı qadınların cəmiyyətdə yeni rollarını qəbul etdirmək üçün mübarizəsini davam etdirirdi.

Hanna Rydh "yeni qadın" modelinin nümunəsi kimi həm peşəkar karyerasını qurmuş, həm də ailəli bir qadın kimi yaşamışdır. Xüsusilə, 1931–1938-ci illərdə həyat yoldaşı qubernator olduğu zaman həm qubernatorun xanımı kimi rəsmi vəzifələri yerinə yetirmiş, həm də beynəlxalq səviyyədə nüfuzlu alim kimi fəaliyyətini davam etdirmişdir.

İctimai-siyasi fəaliyyəti Hanna Ryud sosial islahatçı kimi də fəal olmuşdur. İlk ictimai vəzifəsi 1909–1914-cü illərdə İsveç Tələbə Gəncləri Ayıq Həyat Federasiyasının mərkəzi komitəsinin üzvü olmasıdır.

Digər fəaliyyətləri arasında:

1936–1941-ci illərdə İsveç Evdar Qadınlar Federasiyasının idarə heyətinin üzvü 1937–1949-cu illərdə Fredrika Bremer Cəmiyyətinin sədri 1940-cı ildə Finlandiya Yardım Cəmiyyətinin ikinci vitse-prezidenti 1939–1946-cı illərdə Beynəlxalq Qadınlar Alyansının vitse-prezidenti 1941-ci ildə Ev və Ailə məsələləri komissiyasının üzvü 1946–1952-ci illərdə Beynəlxalq Qadınlar Alyansının 3-cü prezidenti 1937-ci ildə qadınların siyasi təmsilçiliyini artırmaq üçün yaradılan Komitənin üzvüRönnbäck, Josefin, '"Utan kvinnor inget folkstyre": en historisk exposé över kampen för ökad kvinnorepresentation i Sverige', Tidskrift för genusvetenskap., 2010:3, s. 61–89, 2010

Hanna Rydh 1943–1944-cü illərdə İsveç Parlamenti (Riksdaq) İkinci Palatasında Liberal Partiyanın nümayəndəsi kimi Stokholm şəhərini təmsil etmişdir. Parlamentdə xüsusilə dövlət qulluqçusu olan qadınların iş şəraiti ilə bağlı məsələlər üzərində çalışmışdır.

O, 1936-cı ildə İsveçin "Illis Quorum" Kral Medalı ilə təltif olunmuşdur. Bu mükafat İsveçin ən yüksək mülki mükafatlarından biridir və rəsmi olaraq "Illis quorum meruere labores" (latınca: "Əməkləri buna layiq olanlar") adlanır.

Seçilmiş əsərləri 1930 — Adelsö (Stockholm : Wahlström & Widstrand i kommission) 1948 — Jämtland och Härjedalen (Uppsala : Lindblad)

İstinadlar Kateqoriya:İllis kvorum medalı ilə təltif edilənlər Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsrin arxeoloqları