Maksim Veyqand (; ) — fransız general.
Naməlum olan valideynlərin övladı kimi Brüsseldə anadan olmuşdur. "Maksim de Nimal" adı ilə əcnəbi hərbi tələbə (Belçika) kimi Saint-Cyr Ecole Spéciale Militaire-ə qəbul edilmişdir. 1887-ci ildə oranı bitirdikdən sonra süvari alayına göndərilmişdir. O, soyadını Veyqand olaraq dəyişdirmiş və Fransa vətəndaşı olmuş, daha sonra isə Samurda müəllim olmuşdur. O, 1909-cu ilin yazında yaradılmış Centre des Hautes Etudes Militaires-ə qoşulan az sayda əsgərdən biri olmuş və burada onu qərargah rəisi təyin etmişdirlər. 1910-cu ildə Coffr və Foş ilə bərabər rus manevrlərində iştirak etmişdir. O, 1913-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.
O, 1916-cı ildə briqada generalı rütbəsinə yüksəldilmişdir. 1918-ci ildə, marşal Ferdinand Foş Müttəfiqlərin Ali Baş Komandanı təyin edildikdən sonra o, Foşun qərargah rəisi təyin edilmişdir. 1920-ci ildə Sovet–Polşa müharibəsi zamanı hərbi məsləhətçi kimi Polşaya göndərilmişdir. 1923-cü ildə Fransa müstəmləkəsi olan Levantın (Suriya və Livan) ali komissarı təyin edilmişdir.
1925-ci ildə Fransaya geri qayıtmış və beş il ərzində Ali Hərbi Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsində işləmişdir. 1931-ci ildə isə Fransa Ordusunun Baş Qərargah rəisi, Ali Hərbi Şuranın müavini (vitse-prezident) və Ordu Müfəttişi təyin edilmişdir. O, həmçinin Fransa Akademiyasının (35 nömrəli yer) üzvü seçilmişdir. 1935-ci ildə 68 yaşı olarkən Ordu Müfəttişliyindən başqa bütün vəzifələrindən təqaüdə çıxmışdır. 1939-cu ilin avqust ayında o, Baş nazir Edvard Daladye tərəfindən aktiv xidmətə geri çağırılmış və Beyrutda Suriya Şərq Cəbhəsinin komandanı vəzifəsinə təyin edilmişdir.
İkinci Dünya müharibəsi zamanı Fransa kampaniyası başlayandan sonra Moris Qamelin vəzifəsindən azad edilmiş və onun yerinə Suriyadan geri çağırılmış Veyqand Fransa Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edilmişdir. Almanların irəliləyişinin qarşısını kəsə bilmədikdən sonra, atəşkəs təklif etmişdir. 1940-1941-ci illər arasında o, Filipp Petenin başçılığı etdiyi Vişi hökumətinin müdafiə naziri kimi Əlcəzairə göndərilmiş və Nasist Almaniyasının müttəfiqi kimi buradakı silahlı qüvvələri müharibəyə hazırlamağa başlamışdır. O, Ervin Rommelin rəhbərlik etdiyi qüvvələri sursat və avadanlıqla təmin etmişdir. 1941-ci ilin noyabr ayında Adolf Hitlerin istəyi əsasında geri çağırıldıqdan sonra 1942-ci ildə Gestapo tərəfindən həbs edilərək müharibənin sonuna qədər Almaniyada həbsdə saxlanılmışdır. 1945-ci ilin may ayında Fransaya qayıtdıqdan sonra o, nasistlərlə əməkdaşlıqda təqsirli bilinərək Ali Ədalət Məhkəməsinə gətirilmiş və 1946-cı ilin may ayına qədər həbsdə qalmışdır. 1948-ci ildə isə ona qarşı irəli sürülmüş olan bütün ittihamların ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
O, 1965-ci il yanvar ayının 28-də 98 yaşında olarkən Parisdə vəfat etmişdir.
İstinadlar
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı
Xatirələr
Polşa dövrü
İkinci Dünya müharibəsi
Xarici keçidlər
Generals of World War II
Kateqoriya:Böyük Lüdovik Liseyinin məzunları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Fransa Akademiyasının üzvləri Kateqoriya:1965-ci ildə vəfat edənlər Kateqoriya:Brüsseldə doğulanlar Kateqoriya:1867-ci ildə doğulanlar Kateqoriya:Sen Siran Hərbi məktəbinin məzunları Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:İkinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:Fransada yəhudi tarixi Kateqoriya:Fransız antikommunistlər Kateqoriya:Generalissimuslar Kateqoriya:Fransız kollaborasionistlər Kateqoriya: Fransız generallar Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Fransa–Polşa münasibətləri Kateqoriya:Avropalı mühacir və ya sürgün edilmiş hərbi zabitlər