Rinkhal — (/ˈrɪŋk(h)æls/; Hemachatus haemachatus) — Həmçinin halqalı tüpürən kobra kimi də tanınan Elapidae ailəsinə aid zəhərli ilan növü.
Təsvir Rəngi yayılma arealı boyunca dəyişir, lakin növün xarakterik xüsusiyyəti qarın hissəsinin tünd rəngdə olması və boğazında bir və ya iki açıq rəngli çarpaz zolaq olmasıdır. Onların orta uzunluğu 90-110 sm-dir. Bəzi fərdlər əsasən qara bir bədənə sahib ola bilər, digərləri isə zolaqlı olur. Rinkhals pulcuqları Naja kobralarının pulcuqlarından fərqlənir, çünki onlar qabırğalı və kiləbənzərdir. Həmçinin Naja cinsinin üzvlərindən fərqli olaraq, rinkhalsların üst çənələrində bərk dişləri yoxdur.
Yayılıması Bu növ Cənubi Afrikanın Qərb və Şərq Kap vilayətlərində, Azad Dövlət, Lesoto, Kvazulu-Natal, Cənubi Afrika, Qərbi Esvatini, Mpumalanga və Cənubi Afrikanın bəzi hissələrindən şimal-şərqə doğru tapılır. Zimbabve-Mozambik sərhədində İnyangada təcrid olunmuş bir populyasiya mərkəzləşmişdir. Bu populyasiyadan son zamanlarda heç bir qeyd yoxdur, buna görə də alimlər bu populyasiyanın nəsli kəsilmiş ola biləcəyini güman edirlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Afrika ilanları Kateqoriya:Aspidlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər