Şeyx Çələbi məscidi () — Türkiyənin Ədirnə ilinin mərkəzində yerləşən 16-cı əsrə aid məscid.
Tarixi Məscid Qazı Bədrəttin Mahmud Əfəndinin oğlu Şeyx Çələbi tərəfindən tikdirilmişdir. Memar Sinanın müəllifi olduğu Şeyx Çələbi məscidi Səlimiyyə məscidinin inşası bitdiyi ərəfədə tikilmişdir. İnşa olunduğu tarix bilinməsə də, Rıfat Osmanın əsərində 1574-cü il kimi qeyd olunur. Atasının tikdirdiyi Qazı Bədrəttin Məscidinin 1540-cı illərdə ərsəyə gətirildiyini nəzərə aldıqda Şeyx Çələbi məscidinin XVI əsrin sonlarına doğru tikildiyi ehtimal edilir.
Dağıdılması Balkan müharibəsi zamanı məscidin minarəsi top gülləsi ilə dağıdılıb. 94-cü il işğalı zamanı isə məscidin ətrafındakı mədrəsə bölməsi dağıdılıb.
Memarlığı Kvadrat planlı məscid növbəli şəkildə yonma daş və kərpicdən istifadə edilməklə tikilmişdir.
Qalereya
İstinadlar
Kateqoriya:XVI əsr məscidləri Kateqoriya:Günbəzli məscidlər