Əl-Məktum ailəsi (; Rom: Āl Maktūm) — Dubay əmirliyinin hakim kral ailəsi və Birləşmiş Ərəb Əmirliklərinin altı hakim ailəsindən biri. Əl-Məktum şeyxləri (1833-cü ildən) və Dubay əmirləri (1971-ci ildən indiyə kimi) Birləşmiş Ərəb Əmirliklərinin irsi baş nazirləri və vitse-prezidentləri sülaləsidir.

Tarixi 1833-cü ildə şeyx Məktum ibn Butti və Obeid ibn Səidin birgə rəhbərliyi ilə Bəni-Yas qəbiləsinin 800-ə yaxın üzvü Dubay əmirliyini ələ keçirdilər. Obeid ibn Səid 1836-cı ildə vəfat etdikdən sonra Məktum ibn Butti tək hökmdar olaraq əmirlikdə Əl-Məktum sülaləsini yaratmışdır.

Əl-Məktum sülaləsi 1833-cü ildən Dubaya rəhbərlik edir. Birləşmiş Ərəb Əmirliklərinin federasiyası Federal Ali Şuradan və yeddi əmirliyin ayrı-ayrı hökmdarlarından ibarətdir. Prezident və vitse-prezident hər beş ildən bir Ali Şura tərəfindən seçilir.

Qeyri-rəsmi olsa da, prezidentlik faktiki olaraq Əbu-Dabi əmirliyində Əl Nəhyan klanına, baş nazir, vitse-prezident və müdafiə naziri isə Dubaydan olan Əl Məktum qəbiləsinə keçir.

Hökmdarlar

Dubayı idarə edən Əl-Maktum ailə üzvləri:

Məktum ibn Buti Əl-Məktum (ərəb. ) — Əl Məktum qəbiləsinin qurucusu və Obaid ibn Səid ibn Rəşidlə birlikdə Dubayın ilk hökmdarı (1833-9 iyul 1852-ci illər). Səid ibn Buti Əl-Məktum () — Məktum ibn Butti ibn Süheylin qardaşı (1852-1859-cu illər). Həşər ibn Məktum Əl-Məktum () — Səid ibn Buti Əl Məktumun qardaşı oğlu (1859-1886-cı illər). Rəşid ibn Əl-Məktum () — Həşər ibn Məktum Əl Məktumun qardaşı (1886-1894-cü illər). Məktum ibn Həşər Əl-Məktum (ərəb. مكتوم بن حشر آل مكتوم) — Rəşid ibn Məktumun qardaşı oğlu (1894-1906). Buti ibn Suheyl Əl-Məktum (ərəb. بطي بن سهيل آل مكتوم) — Məktum ibn Həşər Əl Məktumun əmisi oğlu (1906-1912). Səid ibn Məktum Əl-Məktum (ərəb. سعيد بن مكتوم آل مكتوم) — Məktum ibn Həşər Əl Məktumun oğlu (1912-1958). Rəşid ibn Səid Əl-Məktum (ərəb. راشد بن سعيد آل مكتوم) — Səid ibn Məktum Əl-Məktumun oğlu və 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin qurucularından biri (1958-1971). Məktum ibn Rəşid Əl-Məktum (ərəb. مكتوم بن راشد آل مكتوم) — Rəşid ibn Səid Əl-Məktumun oglu (1990-2006) Məhəmməd ibn Rəşid Əl-Məktum (ərəb. مُحَمَّد بن رَاشِد آل مَكتُوم) — Rəşid ibn Səid Əl Məktumun oğlu. Dubayın hazırkı hökmdarı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və müdafiə naziri.

İstinadlar

Xarici keçidlər The Official Website of the Prime Minister of the United Arab Emirates His Highness Sheikh Mohammed bin Rashid Al Maktoum

Kateqoriya:Ərəb sülalələri Kateqoriya:BƏƏ siyasətçiləri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:BƏƏ siyasətçiləri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri