Centropus grillii (Qara kukal) — "Cuculidae" fəsiləsinə aid olan bir quş növü. Afrikanın Sahara çölünün cənubunda yerləşən ərazilərində geniş yayılmışdır.

Təsvir

Erkək qara kukalın uzunluğu 30 sm, dişinin uzunluğu isə 34 sm təşkil edir, lakin görünüş baxımından oxşardırlar. Çoxalma dövründə tükləri baş, bədən və quyruq hissədə qaradır, yalnız quyruq üstündə bəzi açıq rəngli zolaqlar var və qanadları qırmızımtıl rəngdədir. Çoxalma mövsümündən kənar dövrdə üst hissələr tünd qəhvəyi rəngdə olur və qırmızımtıl zolaqlarla örtülür. Gözləri qəhvəyi, dimdiyi və ayaqları qara rəngdədir. Cavan fərdlər qırmızımtıl rəngdədir və müxtəlif tünd və açıq zolaqlara malikdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1861-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika quşları