Əbülhəsən Əli ibn İsa ibn Əbülfəth Hakkari (ərəbcə: أبوالحسن علي بن عیسی هکّاري) (d.625/1228,Ibn Habib al-Halabi, Tadhkira, vol.1 p.161 Ərbil, Abbasilər xilafəti – ö.692/1293Agha Bozorg al-Tehrani, Tabaqat, p.107; Zirikli, al-A'lam, vol.4 p.318 Bağdad, Hülakilər dövləti) şiə hədis alimi, tarixçi, şair və yazıçıdır. "Kəşful-ğumməti fi mərifətil-əimmə" əsəri onun ən tanınmış əsəridir və İslam Peyğəmbərinin və 12 İmamın həyatı barədə qələmə alınmış ən etibarlı əsərlərdən biri hesab edilir.

Həyatı Şeyx İrbili Ərbil şəhərində doğulub boya-başa çatıb.Farrukh, Tarikh al-adab al-'arabi, vol.3 p.661 Onun dəqiq doğum tarixi ilə bağlı yekdil rəy yoxdur, lakin əksər dəlillər onun 620/1223 və 625/1228 arasında doğulduğunu göstərir. İbn Həbib əl-Hələbi yeganə şəxsdir ki, əl-İrbilinin 625/1228-ci ildə doğulduğunu açıq qeyd edir.Ibn Habib al-Halabi, Tadhkira, vol.1 p.161 Atası Fəxrəddin İsa Ərbil şəhəri və ətraf ərazisinin valisi olmuş və 664/1266-cı ildə orada vəfat etmişdir.Ibn Fuwati, al-Hawadith al-jami'a, vol.4 p.274–175

Əsərləri İslam dünyasında ən çox məşhurlaşan kitabı olan "Kəşful-ğumməti fi mərifətil-əimmə"(azərbaycanca: "İmamları tanımaqda maneələrin aradan qaldırılması") əsəri tarix boyu alimlərin nəzərində olan ən əsas bioqrafiya kitablarından biri olmuşdur. Bu kitab Azərbaycan dilinə tərcümə edilmiş və 2021-ci ildə 2 cilddə çap edilmişdir.Şeyx İrbili, "İmamları tanımaqda maneələrin aradan qaldırılması", Azərbaycan dilində, Bakı 2021, NURLAR Nəşriyyatı

Kitabın etibarlılığını artıran əsas xüsusiyyət onun şiə alimləri ilə yanaşı sünni alimlərin də əsərlərindən yararlanaraq yazılmasıdır.

Ölümü Alimlərin çoxu əl-İrbilinin 692/1293Agha Bozorg al-Tehrani, Tabaqat, p.107; Zirikli, al-A'lam, vol.4 p.318 və ya 693/1294Ibn Fuwati, al-Hawadith al-jami'a, p.480; Hurr al-'Amili, Amal al-amil, vol.2 p.195-də Bağdadda vəfat etdiyinə inanırlar. Lakin İbn İmad əl-Hənbəli əl-İrbilinin 683/1284-cü ildə vəfat etdiyini qeyd edir.Ibn 'Imad, Shadharat al-dhahab, vol.5 p.383 Şeyx İrbili Bağdadın qərbində yerləşənAgha Bozorg al-Tehrani, Tabaqat, p.107 və "Kərbərdəzxana" adlanan evində dəfn edilmişdir.Baha’ al-Din al-Arbili, The Spectre’s Message, Introduction by al-Jabouri, p. 18 Şeyxin məzarı Mühəddis Qummi tərəfindən ziyarət edilmişdir,Al-Qummi, The Lives of Shiite Scholars, Vol. 1, p. 317 lakin bu gün onun evi tamamilə dağılmış və heç bir iz qalmamışdır.Baha' al-Din al-Arbili, The Specter's Message, Introduction by al-Jabouri, p. 18

İstinadlar

Kateqoriya:Hədis kitabları