Klaudiya Qoldin — Amerika iqtisadiyyat tarixçisi və əmək iqtisadçısı. O, Harvard Universitetinin iqtisadiyyat fakültəsində Henry Lee professorudur. 2023-cü ilin oktyabr ayında Nobel İqtisadiyyat Mükafatına layiq görülüb. Bu mükafatı "qadınların əmək bazarındakı nəticələrini daha yaxşı başa düşməyimizə verdiyi töhfəyə görə" almışdır. O, bu mükafatı tək başına qazanan ilk qadın olmuşdur.

Təhsil Kornell Universiteti - bakalavr dərəcəsi (1967)

Çikaqo Universiteti - magistr və doktorantura dərəcəsi (1972)

Peşəkar fəaliyyəti NBER-in (Milli İqtisadi Tədqiqatlar Bürosu) "Gender və İqtisadiyyat" tədqiqat qrupunun birgə direktoru kimi fəaliyyət göstərir. 1989-2017-ci illərdə NBER-in "Amerika İqtisadiyyatının İnkişafı" proqramının direktoru olmuşdur. 1990-cı ildə Harvard Universitetinin iqtisadiyyat fakültəsində daimi professor təyin olunan ilk qadın olub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ qadınları Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:Qadın ilkləri