Cercomacroides serva (Qara qarışqaquşu) — "Thamnophilidae" fəsiləsinin "Thamnophilinae" yarımfəsiləsinə aid bir quş növü. Bu növə Boliviya, Braziliya, Kolumbiya, Ekvador və Peruda rast gəlinir.

Taksonomiya

Qara qarışqaquşu ilk dəfə 1858-ci ildə ingilis zooloqu Filip Skleyter tərəfindən təsvir edilmiş və "Pyriglena serva" elmi adı verilmişdir. Daha sonra "Cercomacra" cinsinə daxil edilmişdir, lakin 2014-cü ildə aparılmış molekulyar filogenetik tədqiqat göstərdi ki, "Cercomacra" cinsi polifiletikdir. Bu səbəbdən cins iki monofiletik cinsə bölündü və qara qarışqaquşu da daxil olmaqla altı növ yeni yaradılmış "Cercomacroides" cinsinə köçürüldü. Qara qarışqaquşu monotipik növdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1858-ci ildə təsvir edilən quşlar