"Simulation in Python" və ya qısaca SimPy — Python proqramlaşdırma dili üçün nəzərdə tutulmuş diskret hadisə əsaslı (discrete-event) simulyasiya kitabxanası.
SimPy istifadəçilərə müxtəlif sistemləri modelləşdirmək, analiz etmək və optimallaşdırmaq üçün imkan yaradır. Kitabxana hadisələrin zamanla necə baş verdiyini təsvir etməyə və bu hadisələrin təsirlərini araşdırmağa imkan verir.
SimPy ilk dəfə 2002-ci ildə "Ontje Lünsdorf, Norman Matloff və Klaus Müller" tərəfindən inkişaf etdirilmişdir. Açıq mənbə kodlu (open-source) olması səbəbilə zamanla bir çox tədqiqatçı və mühəndis tərəfindən təkmilləşdirilmişdir. Python-un güclü sintaksisi və geniş istifadə sahəsi sayəsində SimPy geniş tətbiq sahəsinə malikdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Python Kateqoriya:Çarpaz platformalı proqram təminatı