Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km-lik hissəsi qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
İstinadlar
Kateqoriya:Alban kilsələri Kateqoriya:Daşkəsən rayonunun abidələri Kateqoriya:487-ci ildə yarananlar Kateqoriya:Azərbaycandakı erməni kilsələri Kateqoriya:Azərbaycan mədəniyyəti