"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu — 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 nömrəli qərarı ilə Qazax rayonunda yaradılmış tarix-memarlıq qoruğu.

Tarixi

Filialları Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun sahəsi 3613 hektardır. Qoruğun 3 filialı mövcuddur.

Əskipara filialı Qazax rayonunun Yuxarı Əskipara kəndindədir. Qoruğun ən geniş əraziyə malik filialı olub 2783 ha ərazini əhatə edir. Filial ərazisində V-VII əsrlərə aid alban məbədi, XII əsrə aid yeraltı su kəməri, qüllə, türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası kimi abidələr mövcud olmuşdur. Kənd 8 iyun 1992-ci il tarixdə Ermənistan ordusu tərəfindən işğal edildikdən sonra bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. thumb|Damcılı filialında yerləşdirilmiş məlumat lövhəsi

Damcılı filialı Qazax rayonunun Daş Salahlı kəndinin ərazisindədir. Filialın nəzdinə 800 ha sahə ayrılmışdır. Damcılı filialının ərazisinə dünya əhəmiyyətli arxeoloji abidə olan Damcılı mağara düşərgəsi və digər abidələr daxildir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntılar aparılıb. Bu tədqiqatın nəticəsində Avey dağında daş dövrünə aid 30-a yaxın mağara və iki minə yaxın alət aşkar olunub. 2015-ci ilin yayında imzalanmış memorandum sənədinə əsasən yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparmağa başlamışdırlar. thumb|Göyəzən filialı (Arxada Göyəzən dağı göstərilmişdir)

Göyəzən filialı Qazax rayonunun Abbasbəyli kəndindədir. Sahəsi 30 ha olan filial Göyəzən dağının ərazini təşkil edir. Göyəzən dağının ətəklərində orta əsrlərə aid yeddi bürclü qala divarı və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunub. Dağın şimalında isə bir alban qalasının qalıqları tapılmışdır.

Qoruğa daxil olan abidələr Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 56 abidə qeydiyyata alınmışdır. Bu abidələrdən 1-i dünya, 33-ü ölkə, 22-si isə yerli əhəmiyyətlidir. Onların 15-i memarlıq, 36-sı arxeoloji, 5-i dekorativ tətbiqi-sənət nümunəsidir. Abidələrdən 13-ü sərhəd zolağında, 14-ü isə işğal altındadır.

Qoruq ərazisində yerləşən 18 müxtəlif tarixi abidənin adı isə qeydiyyata alınması üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim olunmuşdur. Həmin abidələrdən 2-si işğal altındadır.

Siyahı Bu siyahıda Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun tabeliyində olan abidələrin adları və inventar nömrələri verilmişdir:

Dünya əhəmiyyətli Damcılı mağara düşərgəsi — İnventar № 24

Ölkə əhəmiyyətli Yuxarı Əskipara kəndində məbəd ― İnventar № 281 Daş Salahlı kəndində alban məbədi ― İnventar № 283 Tağlarbəyli yaşayış yeri ― İnventar № 1234 Daş Salahlı kəndində yataq yeri yaşayış məskəni ― İnventar № 1235 Börgün ağzı yaşayış yeri ― İnventar № 1240 Daş Salahlı kurqanı ― İnventar № 1241 Qanlı təpə yaşayış yeri ― İnventar № 1242 Göl yeri yaşayış məskəni ― İnventar № 1244 Boz təpə yaşayış yeri ― İnventar № 1245 Bərgin ağzı kurqanları ― İnventar № 1246 Daşlı çökək yaşayış yeri ― İnventar № 1247 Daşlı çökək kurqanları ― İnventar № 1248 Yovşanlı təpə kurqanları ― İnventar № 1249 Ağ dərə kurqanları ― İnventar № 1250 Daş Salahlı kəndində kurqanlar (3 ədəd) ― İnventar № 1251 Çoban Qurban oğlu kurqanı ― İnventar № 1252 Daş Salahlı kəndində kurqanlar ― İnventar № 1253 Daş Salahlı kəndində təbii süni mağaralar (10-a qədər) ― İnventar № 1254 Daş Salahlı kəndində su hovuzu (anbarı) ― İnventar № 1255 Xalxal şəhərinin yeri ― İnventar № 1256 Narın qalası ― İnventar № 1257 Alban bütpərəst məbədi ― İnventar № 1258 Qaya kasavarı yalaqlar ― İnventar № 1259 Daş su anbarı (2 ədəd) ― İnventar № 1260 Su hovuzu ― İnventar № 1261 Yel dəyirmanının tikilisinin qalığı ― İnventar № 1262 Qollu qaya qalaçası ― İnventar № 1263 Rza Çal yaşayış yeri və qəbiristanlığı ― İnventar № 1264 Alban qəbiristanlığı ― İnventar № 1265 Damcılı mağarası ― İnventar № 1266 Koroğlu mağarası ― İnventar № 1267 Yeraltı yol ― İnventar № 1278 Yeraltı su kəməri ― İnventar № 1279

Yerli əhəmiyyətli Damcılı bulağı ― İnventar № 4511 Yuxarı Əskipara kəndində qüllə ― İnventar № 4518 Qatır körpüsü ― İnventar № 4519 Qızıl Hacılı körpüsü ― İnventar № 4520 Kazım körpüsü ― İnventar № 4521 Qulucanlı körpüsü ― İnventar № 4522 Yuxarı Əskipara kəndində hamam qalıqları ― İnventar № 4523 Koroğlu qalası ― İnventar № 4524 Yuxarı Əskipara kəndində türbə ― İnventar № 4525 Yuxarı Əskipara kəndində dəyirman ― İnventar № 4532 Yuxarı Əskipara kəndində alban məbədi ― İnventar № 4533 Göyəzən qalası ― İnventar № 4534 Nəsib Ağa körpüsü ― İnventar № 4539 Daş Salahlı kəndində bağça qəbiristanlığı ― İnventar № 5849 Haqverdi Ağa körpüsü ― İnventar № 5850 Qədir körpüsü ― İnventar № 5851 Şəhərgah ― İnventar № 5852 Daş Salahlı kəndində daş qoç fiquru ― İnventar № 6160 Daş Salahlı kəndində daş qoç fiquru ― İnventar № 6161 Daş Salahlı kəndində sənduqə ― İnventar № 6162 Daş Salahlı kəndində sənduqə ― İnventar № 6163 Daş Salahlı kəndində sənduqə ― İnventar № 6164 Abbasbəyli kənd qəbiristanlığı (1 sənduqə, ərəb əlifbalı qəbirlər) Tağlarbəyli kənd qəbiristanlığı (1 sənduqə) Tağlarbəyli kənd qəbiristanlığı (pir) Tağlarbəyli kənd qəbiristanlığı (at fiquru) Alpout kənd qəbiristanlığı (at fiquru) Göyəzən dağında bəzəkli başdaşı Şəkər qala məbəd kompleksi Məmməd Koxa bulağı Safa bulağı Kor bulaq Qocamanlı bulağı Cəfər bulağı

Həmçinin bax

Qazax rayonunun tarix-memarlıq abidələrinin siyahısı Avey dağı Avey

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1989-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan qoruqları Kateqoriya:Qazax abidələri Kateqoriya:Qazax rayonunun abidələri