Odoardo Farneze (; ) — Parma hersoqu II Ranuççionun oğlu, Parma şahzadəsi.
12 avqust 1666-cı ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Ranuççio Farneze, anası isə onun ikinci xanımı İzabella d'Estedir. Doğuş zamanı aldığı zədələr səbəbilə anası 9 gün sonra vəfat etdi. Çox keçmədən isə atası Modena-Parma dostluğunun davam etməsi məqsədilə xalası ilə evləndi. Beləcə, Odoardo xalası olan ögey anası Mariya d'Estenin himayəsində böyüdü.
3 aprel 1690-cı ildə Pfals kürfürstü Filipp Vilhelmin qızı Doroteya Sofiya ilə nigahlandı. Cütlüyün toy mərasimi 17 may 1690-cı ildə Parmada baş tutdu və bu nigahdan 2 övladları dünyaya gəldi.
Alessandro İqnasio (1691-1693) Yelizaveta Farneze, İspaniya kraliçası
Ancaq şahzadə çox yaşaya bilmədi və 1693-cü ildə vəfat etdi. Ölümünün ardından xanımı Doroteya Sofiya, Parma taxt-tacının yeni varisi olan ögey qardaşı Françesko Farneze ilə evləndirildi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Taxta çıxanmayan varislər