Elis Baumqartner (; ) — amerikalı tədqiqatçı, tarixçi, fəlsəfə doktoru, Cənubi Kaliforniya Universitetinin müəllimi, "Cənubdan azadlığa doğru. Meksikaya qaçış və Vətəndaş müharibəsinə gedən yol" kitabının müəllifi. Bolton-Katter mükafatının laureatı. Həyatı Yel Universitetinin tarix-bakalavr üzrə təhsilini əla qiymətlərlə başa vurmuşdur. Oksford Universitetində Latın Amerikası tədqiqatları üzrə magistr dərəcəsinə yiyələnmiş və həmin universitetdə Rodsa təqaüdçüsü olmuş və Yel Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Harvard Universitetində və Cənubi Kaliforniya Universitetində 2021–ci ildən professor köməkçisi kimi çalışmışdır. Amerika Tarixi jurnalında yazıları dərc olunmuşdur.

Onun ilk kitabı "South to Freedom" Nyu York Times jurnalı redaktorunun seçimi olmuş və Los Anjeles Times Book mükafatına layiq görülmüşdür. Həmin kitabı Devid Blayt yüksək dəyərləndirmişdir. Bu kitabı ərsəyə gətirmək üçün müəllif 3 ölkənin 28 arxivində çalışmışdır.

İstinadlar

Kateqoriya:Tarix üzrə fəlsəfə doktorları Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Qadın tarixçilər