Tiosav Yankoviç (; ) — Serbiya hərbi xadimi, general-podpolkovnik, 2024-cü ildən Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini. O, 2023–2024-cü illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi, 2018–2023-cü illərdə isə Serbiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 250-ci raket briqadasının komandiri olmuşdur.

Həyatı Tiosav Yankoviç 1997-ci ildə Serbiya Hərbi Akademiyasını (raket qoşunları və hava hücumundan müdafiə fakültəsi) bitirmişdir. O, həmin ildən Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələrində, 2003-cü ildən bəri Serbiya və Monteneqro Silahlı Qüvvələri sıralarına, 2006-cı ildən isə Serbiya Silahlı Qüvvələrində xidmət etmişdir. Yankoviç 2008-ci ildə komanda-qərargah ixtisasartırma kurslarını, 2013-cü ildə Baş Qərargah üzrə ixtisasartırma kurslarını, 2017-ci ildə isə təhlükəsizlik və müdafiə üzrə ali kursları başa vurmuşdur.

Yankoviç Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiədə xidmət edən zaman 250-ci raket briqadasının 3-cü batareyasında xidmət etmişdir. Bu batareya 27 mart 1999-cu ildə Amerika Birləşmiş Ştatlarının F-117A sərrast bombardman təyyarəsini, 2 may tarixində isə sonradan ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi olmuş polkovnik-leytenant Devid Qoldfeynin idarə etdiyi F-16 qırıcısını vurmuşdur. Yankoviç zenit-raket kompleksi (ZRK) texniki, ZRK navodka zabiti, batareya navodka komandiri, hava hücumundan müdafiə divizionunun komandir müavini və raket divizionunun komandiri vəzifələrində çalışmışdır. O, 250-ci raket briqadasında əməliyyat məsələləri üzrə komandir köməkçisi, daha sonra qərargah rəisi və komandir müavini olmuşdur. Yankoviç 2018–2023-cü illərdə 250-ci raket briqadasına komandanlıq etmişdir.

Yankoviç 6 iyul 2023-cü ildən Serbiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin (J-3) rəisi vəzifəsini tutmuşdur. O, 13 noyabr 2024-cü ildən isə Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini təyin edilmişdir.

Mükafatları Tiosav Yankoviç aşağıdakı mükafatlarla təltif edilmişdir:

"Cəsarət" ordeni (1999) "Hərbi xidmətdə görkəmli nailiyyətlərə görə zabit" medalı (2012 və 2019) "Serbiya Silahlı Qüvvələrinin yubiley" medalı (2015) "Belqrad-2014 hərbi paradı iştirakçısının xatirə" medalı (2015) "Yuqoslaviya Federativ Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015) "Xidmətlərə görə" gümüş medalı (2016) "20 illik səylə xidmətə görə" xatirə medalı (2017) "NATO təcavüzündən Vətənin müdafiəsinin 20 illiyi xatirə" medalı (2019) "Şimşək zərbəsi birləşmiş taktiki təlimləri iştirakçısı" medalı (2021)

Rütbələri +Verilmiş hərbi rütbələr PodporuçikLeytenantKapitanBaş kapitanMayorPolkovnik-leytenantPolkovnikBriqada generalıGeneral-mayorGeneral-podpolkovnik40px40px40px40px40px40px40px40px40px40px1997199920012004200820122015201920232024

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Serbiya generalları