Valualı Anna (; ) — Fransa kralı XI Lüdovikin qızı, Burbon hersoginyası.

1461-ci ildə Fransa kralı XI Lüdovik və onun ikinci xanımı Savoyyalı Şarlottanın ilk övladı olaraq dünyaya gəldi. 1468-ci ildə Lorreyn hersoquyyla nişanlansa da, sonrakı tarixlərdə nişan pozuldu və 3 noyabr 1473-cü ildə Anna Burbonlu Pyotrla evləndirildi. Cütlüün bu nigahdan 2 övladı dünyaya gəlsə də, bunlardan biri uşaq yaşda vəfat etdi.

Karl (1476-1498) Suzanna (1491-1521)

Atasının 1483-cü ildə vəfatının ardından 13 yaşlı kiçik qardaşı VIII Karl taxta çıxdı. Anna və əri II Pyotr onun adına 8 il boyunca dövlət işlərini ələ aldı. Qardaşını Bretan hersoginyası Anna ilə evləndirərək Bretan bölgəsini Fransa krallığına ilhaq elədi. 1491-ci ildə naibəliyi başa çatdı və ailəsiylə birlikdə öz mülkünə geri döndü.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:XV əsr qadınları Kateqoriya:XVI əsr qadınları