Qalakənd dairəvi qülləsi — Qazax rayonunun Yuxarı Əskipara kəndində Qazax sultanlığı dövrünə aid 1773/1774-cü ildə Əliağa Məmmədağa oğlu Kəsəmənli tərəfindən inşa edilmiş qüllə.
Tarixi Girişin üstündə olan yazılara görə qüllə hicri 1187-ci (miladi 1773-1774) ildə Əliağa Məmmədağa oğlu Kəsəmənli tərəfindən inşa edilmişdir. Qalakənd qalasının divarından qülləni 3 km-lik yol ayırır. Qüllə uzunluğu 2 metrə çatan yonulmamış daşdan tikilmiş ikiqat divarla əhatələnib. Onun iç divarı çöl divarından daha möhkəm və hündürdür.
Memarlığı Qala uzunluğu 2 metrə çatan yonulmamış daşdan tikilmiş ikiqat divarla əhatələnib. Qalanın iç divarı çöl divarından daha möhkəm və hündürdür. Hər 25 metrdən bir diametri 9 metrdən çox olan yarımdairə formalı qüllələr yerləşir. Yeraltı yolla əlaqələndirilən 7 qüllə qalmışdır. İçqalada möhtəşəm qala divarları arasında dördkünc formalı bişmiş kərpiclərdən tikilmiş ikimərtəbəli bina aydın görünür. Onun hündürlüyü 12 metr, eni 8 metr, uzunluğu 42 metrdir.
Həmçinin bax Qalakənd qalası
İstinadlar
Kateqoriya:Qazax rayonunun abidələri