Məmiş Abdullayev Şahbaz oğlu — Sovet İttifaqı Qəhrəmanı (24.03.1945)
Həyatı
Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur.
Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir.
İstinadlar
Xarici keçidlər Məmiş Abdullayev Şahbaz oğlu
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Kürdəmir rayonunda doğulanlar Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ çavuşları