Vəliyev Mirzə Dövlət oğlu () — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Mirzə Vəliyev 1923-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Natamam orta təhsil alıb. Cəbhəyə könüllü getmişdir. Cəbhədə 45 mm-lik topçu olub. Top komandiri öldürüldükdən sonra ilk döyüşündə heyətə komandanlıq edib. Bir müddət sonra baş çavuş rütbəsi alıb və top komandiri təyin edilib. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. O, Dnepr, Dnestr və Dunay çaylarını keçərək Kuban, Ukrayna, Bolqarıstan və Rumıniyanı azad edib. Bu döyüşlərdə ümumilikdə dörd dəfə yaralanıb. Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında olub. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir.
İrsi Qusar rayonu N. Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.
İstinadlar
Xarici keçidlər 9may.az. Qəhrəmanlar.
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Çavuşlar Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ baş çavuşları