Hörümçək toru əməliyyatı () və ya Pauçina əməliyyatı və ya Pautina əməliyyatı — 1 iyun 2025-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Rusiya ərazisinin dərinliklərində hərbi infrastrukturu hədəf alan pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş əməliyyat. Rusiyanın bir çox aviabazalarını hədəfə alınıb: Belaya, Dyaqilevo, İvanovo, Olenya və Voskresensk. Ukrayna tərəfinin açıqlamasına görə hücum nəticəsində 40-dan çox hərbi təyyarə zərər görüb. İlkin hesablamalara görə zərər 2 milyard dollardan çoxdur.

Nəticə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə 40-dan çox Rusiya hərbi təyyarəsi, o cümlədən Tu-160, Tu-95 və Tu-22M3 kimi strateji bombardmançılar, uzaq radiolokasiya və havadan erkən xəbərdarlıq təyyarəsi A-50 sıradan çıxarılıb.

İstinadlar

Kateqoriya:2025-ci ildəki hadisələr Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)