Hacı Hacıağa Dadaşov () — azərbaycanlı zadəgan, sahibkar, milyonçu və xeyriyyəçi.

Həyatı Hacı Hacıağa Dadaşov 1828 ci ildə Bakı şəhəri, İçərişəhərdə anadan olmuşdur. Bakıda məşhur olan Dadaşovlar sülaləsinin nümayəndəsidir. Hacıağa Dadaşov böyük uğurla gəmiçilik və dəniz ticarəti ilə məşğul olub. Həmin dövrün digər milyonçularından fərqli olaraq neft sahəsinə yatırımları olmayıb. 1876-cı ildə Azərbaycanda birinci və ikinci tacirlik dərəcəsi təyin ounumşdur. Hacıağa Dadaşov bu rütbəni alan ilk tacir olub. Bakı şəhərində 40-a yaxın yaşayış binası və digər mülkün sahibi olmuşdur. Bakıda Metropol Otelin sahibi olmuşdur.

Bakı Dumasında xidməti Hacı Hacıağa Dadaşov Bakı Dumasının nümayəndəsi seçilmişdir. Çar tərəfindən mülki müşavir rütbəsinə layiq görülmüşdür.

Xeyriyyəçilik Hacı Hacıağa Dadaşov Azərbaycanda ilk dəfə qocalar və imkansızlar üçün sığınacaq tikdirən xeyriyəçi olmuşdur. Bakıya Şollar su kəmərinin çəkilişində fəal iştirak etmişdir.

Ailəsi Oğlu Yusif ağa Dadaşov — sahibkar, milyonçu. Oğlu Əliabbas ağa Dadaşov — Bakıda gəmiqayırma zavodunun təsisçisi, sahibkar Qızı Məsmə Qızı Bilqeyis

Xatirəsi Adına Bakı şəhərinin Bilgəh qəsəbəsində küçə var.

İstinadlar Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər Kateqoriya:Azərbaycan mesenatları Kateqoriya:Azərbaycanlı mesenatlar Kateqoriya:Azərbaycan milyonçuları Kateqoriya:Azərbaycanlı milyonçular Kateqoriya:Dadaşovlar

Ədəbiyyat

Xarici keçidlər

Azərbaycanda ilk avropa tipli gimnaziya, ilk qocalar ve uşaqlar evi açan Bakı milyonçusu...