Əbu Əli Fəzl ibn Həsən Təbərsi(; ; d.468/469-ö.548) — Əminul-İslam kimi tanınan şiə müfəssir. Təbərsinin "Məcməul-Bəyan" əsəri ən məşhur təfsir kitablarındandır. "İləmul-vəra" və "Cəmiul-cami" kitabları da ona məxsusdur.

Həyatı Əminəddin (və ya Əminul-İslam) Əbu Əli Fəzl ibn Həsən Təbərsi hicri 468 və ya 469-cu ildə Məşhəd şəhərində anadan olmuş, elmi ilə tanınan bir ailədə böyümüşdür. O, İmamiyyə məzhəbinin görkəmli alimi olana qədər dövrünün tanınmış alimlərindən elm almışdır. O, dilçilik, semantika və ritorika, tarix, cəbr və digər sahələrdə çalışmışdır. Əminul-İslam və Əminul-Məzhəb Şeyx Fəzl ibn Həsən Təbərsiyə aid edilən titullar arasındadır.Ağa Bozorg Tehrani, əz-Zəriə, c.2, səh.40

Məkarimul Əxlaq kitabının müəllifi Həsən ibn Fəzl Təbərsi Şeyx Fəzl ibn Həsən Təbərsinin oğludur.

Fəzl ibn Həsən Təbərsi hicri 548-ci ildə Səbzivar şəhərində vəfat etmişdir.

Əsərləri İbn Şəhr Aşubun, Ağa Bozorg Tehraninin və Əllamə Məclisinin yazdıqlarına əsasən, Əminul-İslamın 25-dən artıq əsəri mövcuddur.İbn Şəhr Aşub, Məalimul-Üləma, səh. 315Əllamə Məclisi, Biharul-Ənvar, c. 1, səh. 30Ağa Bozorg Tehrani, Tabaqat Ələmuş-Şiə, səh. 217. Bəziləri məşhur "əl-İhticac" kitabını Şeyx Fəzl Təbərsiyə aid etmişlər, lakin İbn Şəhr Aşub bu kitabın Əllamə Təbərsi kimi tanınan Əhməd ibn Əli ibn Əbu Talibə aid olduğunu qeyd etmişdir.Seyid Muhsin Əmin, Əyanuş-şiə, c.8, səh.399–400

"Məcməul-Bəyan" təfsiri

"İləmul-vəra"

"Cəmiul-cami"

"əl-Ədəb"

"əl-Vafi"

"Tacul-məvalid"

"İlməul-vəra" kitabı və "Tacul-məvalid" kitabı Azərbaycan dilinə tərcümə edilib nəşr edilmişdir.

İstinadlar

Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Şiəlik