300px|thumb|right|Yuliya Vişnevskaya, Lyudmila Alekseyeva, Dina Kaminskaya və Kronid Lyubarski sürgündə. Almaniya, Münxen, 1978 SSRİ-də dissident hərəkatı və ya SSRİ-də dissidentlər — cəmiyyətdə və dövlətdə hökmranlıq edən kommunist ideologiyasına qarşı qarşı öz siyasi fikirlərini açıq şəkildə ifadə edən SSRİ vətəndaşları. Bu mövqeyə görə bir çox dissidentlər hakimiyyət tərəfindən təqib olunurdu.

Müstəqil vətəndaş və mədəni təşəbbüsün müxtəlif təzahürlərini vahid bütövlükdə birləşdirən insan haqları hərəkatı dissident dünyasında xüsusi yer tuturdu. Hüquq müdafiəçiləri dissident fəaliyyətinin özü tərəfindən dəstəklənən vahid informasiya sahəsi yaratdılar ki, bu da 1960–1980-ci illərin vəziyyətini 1950-ci illərdəki qeyri-bərabər siyasi gizlin yaradılması cəhdlərindən köklü şəkildə fərqləndirdi. 1960-cı illərin ortalarından 1980-ci illərin əvvəllərinə qədər müstəqil vətəndaş fəallığının bu istiqaməti ictimai səhnədə mütləq üstünlük təşkil edirdi.. Мемориал

Dissident termini Sovet İttifaqında 1960-cı illərin ortalarından kommunizmin süqutuna qədər olan dövrdə istifadə edilib.Chronicle of Current Events (samizdat) Termin radikal sovet rejiminə qarşı olanların müdafiəsi və hərəkatın təşviqinə, adətən cinayət təqibinə və ya hakimiyyət tərəfindən susdurulmanın digər formalarına cavab verən kiçik marginal ziyalı qruplarına istinad etmək üçün istifadə olunub. Termin etimologiyasına uyğun olaraq dissident rejimdən "ayrı oturan" hesab edilir. Müxalifətçilər özlərini dissident kimi tanımağa başladıqca, bu termin qeyri-konformizmi cəmiyyətin xeyrinə olduğu qəbul edilən fərdlərə istinad etməyə başlayıb. Dissidentlərin ən nüfuzlu alt qrupu Sovet insan haqları hərəkatı kimi tanınır.Universal Declaration of Human Rights General Assembly resolution 217 A (III), :en:United Nations, 10 December 1948Proclamation of Tehran, Final Act of the International Conference on Human Rights, Teheran, 22 April to 13 may 1968, U. N. Doc. A/CONF. 32/41 at 3 (1968) , :en:United Nations, May 1968CONFERENCE ON SECURITY AND CO-OPERATION IN EUROPE FINAL ACT. Helsinki, 1 aug. 1975

SSRİ-də siyasi müxalifət demək olar ki, yox idi və nadir istisnaları nəzərə almasaq, onun heç bir siyasi fəaliyyətinin nəticəsi yox idi. Çünki ki, ilk növbədə ona görə ki, dissident hərəkatı kobud qüvvə ilə dərhal darmadağın edildi. Əvəzində Sovet İttifaqında dissident fəaliyyətinin mühüm elementi cəmiyyəti (istər SSRİ daxilində, həm də xarici ölkələrdə) qanunların və insan hüquqlarının pozulması barədə məlumatlandırmaq və bu hüquqların müdafiəsi üçün təşkilatlanma idi. Zaman keçdikcə dissident hərəkatı sovet kommunistlərinin sui-istifadələri haqqında ətraflı məlumat yaya bildi.

Dövləti tənqid edən sovet dissidentləri əksər hallarda Sovet Cinayət Məcəlləsinə və xaricə sürgünə (sovet vətəndaşlığından məhrum edilməklə), ruhi xəstəxanaya və ya əmək düşərgəsinə göndərilmək kimi qanuni cəzalarla üzləşirdilər. Antisovet siyasi davranışı, xüsusən də hakimiyyətə açıq-aşkar müxalifətdə olmaq, islahat tələb etmək, SSRİ-ni tənqid edən kitablar yazmaq eyni zamanda cinayət əməli (məsələn, 70 və ya 190–1-ci maddələrin pozulması) sayılırdı.

Terminin tarixi 250px|thumb|right|Lyudmila Alekseyeva sovet-rusiyalı ictimai xadim və hüquq müdafiəçisi 1990-cı ilin sonunda "Memorial" Araşdırma və İnformasiya Mərkəzi tərəfindən SSRİ-də dissident fəaliyyətinin və insan haqları hərəkatının tarixini öyrənmək üçün başladılan tədqiqat proqramının bir hissəsi olaraq dissidentliyin (müxalifətin) aşağıdakı tərifi təklif edilib:

məqsəd və vəzifələrinə görə müxtəlif və çoxistiqamətli, lakin əsas fundamental prinsiplərinə görə çox yaxın olan hərəkətlər, qruplar, mətnlər və fərdi hərəkətlər toplusu: qeyri-zorakılıq; təbliğat; əsas hüquq və azadlıqların "defolt" olaraq həyata keçirilməsi; qanuna uyğunluq tələbi,

ictimai fəaliyyət formalarına görə: senzurasız mətnlərin yaradılması; müstəqil (adətən məqsədlərinə görə qeyri-siyasi) ictimai birliklərə birləşmə; hərdən — ictimai aksiyalar (nümayişlər, vərəqələrin paylanması, aclıq aksiyaları və s.)

istifadə olunan alətlərə görə: samizdat və Qərb kütləvi informasiya vasitələri ilə ədəbi, elmi, insan hüquqları, informasiya və digər mətnlərin yayılması; sovet rəsmi orqanlarına ünvanlanan petisiyalar və ictimai rəyə ünvanlanan "açıq məktublar" (sovet və xarici); son nəticədə petisiyalar, bir qayda olaraq, samizdatda da başa çatır və/və ya xaricdə dərc olunur.

1960-cı illərdə SSRİ və Şərqi Avropa ölkələrində (əvvəlki dövrün antisovet və antikommunist hərəkatlarından fərqli olaraq) sovet quruluşuna və marksist ideologiyaya qarşı zorakı üsullarla mübarizə aparmağa cəhd etməyən, lakin sovet qanunlarına və rəsmi dəyərlərə müraciət edən müxalifət hərəkatının üzvlərini təsvir etmək üçün "dissident" termini tətbiq edilib."Диссидент" (из рукописи книги С. А. Ковалёва) Bu termin əvvəlcə Qərbdə, sonra isə dissidentlərin özləri tərəfindən — əvvəlcə, bəlkə də, zarafat kimi, sonra isə tamamilə ciddi şəkildə işlədilib. Sözün tam olaraq kimin istifadə etməsindən asılı olaraq o, müxtəlif mənalar verə də bilərdi. 550px|thumb|left|"Memorial" Araşdırma və İnformasiya Mərkəzinin loqosu O vaxtdan dissidentlər tez-tez ilk növbədə avtoritar və totalitar rejimlərə qarşı çıxan insanlara istinad etmək üçün istifadə olunur, baxmayaraq ki, bu söz daha geniş kontekstdə də istifadə olunur. Məsələn, öz qrupunda dominant mentalitetə qarşı çıxan insanları ifadə etmək üçün istifadə edilir. Lyudmila Alekseyevanın fikrincə, dissidentlər dekabristlər, narodniklər və hətta qeyri-formallar kimi tarixi kateqoriyadır: "Dissident" və "dissident" terminləri terminoloji mübahisələrə və tənqidlərə səbəb olub və etməkdə də davam edir.Безбородов А. Б. Академическое диссидентство в СССР // Русский исторический журнал, 1999, том II, № 1. ISBN 5-7281-0092-9 Məsələn, sovet rejiminə fəal şəkildə qarşı çıxan və təqiblərə məruz qalan Leonid Borodin özünü dissident hesab etməkdən imtina edir,Диссиденты о диссидентстве. // "Знамя". — 1997. № 9. çünki dissidentlik dedikdə yalnız 1960-cı illərin və 1970-ci illərin əvvəllərindəki rejimə qarşı liberal və liberal-demokratik müxalifəti nəzərdə tutur, hansı ki, 1960-cı illərin ortalarında insan haqları hərəkatı kimi formalaşmışdır. L. Ternovskinin fikrincə, dissident kortəbii şəkildə formalaşmış adət və anlayışları deyil, yaşadığı ölkədə yazılmış qanunları rəhbər tutan şəxsdi"..

Dissidentlər terrorla bağlı hər hansı əlaqədən uzaqlaşdılar və 1977-ci ilin yanvarında Moskvada törədilən terror aktları ilə əlaqədar Moskva Helsinki Qrupu bəyan da yayıb: "…Dissidentlər terrora qəzəb və ikrah hissi ilə yanaşırlar. …Biz bütün dünyada media işçilərinə müraciət edirik ki, "dissident" ifadəsini yalnız bu mənada işlətsinlər və zorakılıq edən şəxsləri əhatə etməsinlər…. Xahiş edirik ki, dissidentlə terrorçu arasında fərq qoymayan hər bir jurnalist və ya şərhçi Stalinin dissidentlərə qarşı repressiya üsullarını canlandırmağa çalışanlara kömək etməsin".

Rəsmi sovet sənədlərində və təbliğatında "dissident" termini adətən dırnaq içərisində istifadə olunurdu: "qondarma "dissidentlər". Daha çox onları "antisovet elementləri", "antisovet adamları", "reneqatlar" adlandırırdılar.

İdeologiya

Dissidentlər arasında çox fərqli baxışlara malik insanlar var idi, lakin onları birləşdirən, əsasən, öz əqidələrini açıq şəkildə ifadə etməyin mümkünsüzlüyü idi. Heç vaxt dissidentlərin əksəriyyətini birləşdirən vahid "dissident təşkilatı" və ya "dissident ideologiyası" olmayıb.

Larisa Boqoraz 1997-ci ildə bu barədə belə yazırdı: "Əgər baş verənləri hərəkat adlandırmaq olarsa — "durğunluq"dan fərqli olaraq — deməli bu hərəkat Braunçudur, yəni sosialdan daha psixoloji bir fenomendir. Ancaq bu Braun hərəkatında ora-bura, daim fırlanmalar və axınlar yaranır, haradasa hərəkət edir — milli, dini, o cümlədən insan haqları "hərəkətləri".

Yelena Bonnerin fikrincə, 1960–1970-ci illərin dissidentliyi ilk növbədə iştirakçılarının "rəsmi yalanlardan azad olmaq" istədiyi əxlaqi və etik hərəkat hesab edilməlidir. Onun sözlərinə görə, dissidentlərin bir çoxu heç vaxt siyasi fəaliyyətə can atmayıb və fürsət düşəndə şüurlu şəkildə ondan əl çəkiblər".

Yuxarıda qeyd edildiyi kimi, özünü dissident hesab etməyən Leonid Borodin aşağıdakı xarakteristikanı verib: "Dissidentlik bir fenomen kimi Moskva ziyalıları arasında yarandı, onun otuzuncu illərin sonunda atalarının və babalarının faciəsini yaşamış, məşhur "ərimə" dalğasından haqlı qisas hissi və ondan sonrakı məyusluq hissi yaşamış bir hissəsində böyük ölçüdə əksini tapıb. Birinci mərhələdə Moskva dissidenti nə anti-kommunist, nə də antisosialist idi, ancaq liberalizm dedikdə, siyasi təcrübə, siyasi bilik və ya xüsusilə, siyasi dünyagörüşü ilə təsdiqlənməyən müəyyən xoş arzular toplusunu nəzərdə tuturuqsa, məhz liberal idi".

Vladimir Bukovski isə bu barədə belə yazırdı: "… biz siyasi hərəkat olaraq meydana çıxmadıq. Biz mənəvi hərəkat idik. Bizim əsas impulsumuz Rusiyanı yenidən qurmaq deyil, sadəcə olaraq cinayətin iştirakçısı olmamaq idi. Rejimin bir hissəsi olmamaq. Bu, ən güclü motiv idi"., BBC, 28.10.2019

Hələ 1983-cü ildə Lyudmila Alekseyeva SSRİ-də dissidentlərin bir neçə "ideoloji tiplərini" müəyyən etmişdi:Алексеева Л. М. История инакомыслия в СССР: Новейший период . — Вильнюс; М.: Весть, 1992. — 352 с. — ISBN 5-89942-250-3. "əsl kommunistlər" (sosialistlər) — Marksizm–leninizm təlimi rəhbər tuturdular, lakin onun SSRİ-də təhrif olunduğuna inanırdılar (məsələn, Roy Medvedev, Valeri Ronkin və samizdat jurnalı "Kolokol", İnqilabçı Kommunizm Qrupu, "Gənc Sosialistlər" işi üzrə məhkum olunmuş Roy Medvedev, Valeri Ronkin və başqaları); "Qərb liberalları" – Qərbi Avropa və ya Amerika modelinin kapitalizminin "düzgün" sistem olduğuna inanırdılar; onların bəziləri "konvergensiya nəzəriyyəsi"nin – kapitalizmlə sosializmin yaxınlaşması və sonradan birləşməsinin qaçılmazlığı doktrinasının tərəfdarları idi, lakin "qərblilərin" əksəriyyəti sosializmi "pis" (yaxud qısamüddətli) sistem hesab edirdilər; "eklektiklər" — SSRİ-nin rəsmi ideologiyasına zidd olan müxtəlif baxışları birləşdirdi; 230px|thumb|left|Sovet dissidenti Boris Kaqarlitski gəncliyində. SSRİ, Moskva, 1980 Rus millətçiləri – Rusiya üçün "xüsusi yol" tərəfdarları; onların bir çoxu pravoslavlığın dirçəlişinə böyük əhəmiyyət verirdi; bəziləri monarxiyanın tərəfdarları idi; "Rusiya Partiyası" kimi təşkilatlar (xüsusən, İqor Şafareviç, Leonid Borodin, Vladimir Osipov, Anatoli İvanov); digər millətçilər (Baltikyanı, Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycanda) — onların tələbləri milli mədəniyyətin inkişafından tutmuş SSRİ-dən tam ayrılmağa qədər müxtəlif idi. Onlar tez-tez özlərini liberal elan edirdilər, lakin SSRİ-nin dağılması zamanı siyasi hakimiyyətə nail olaraq onların bəziləri (məsələn, Zviad Qamsaxurdiya, Əbülfəz Elçibəy) etnokratik rejimlərin ideoloqlarına çevrildilər. Leonid Borodinin yazdığı kimi, "dissidentlərin aralarında say etibarilə Ukrayna, Baltikyanı və Qafqaz millətçiləri həmişə üstünlük təşkil edirdilər. Əlbəttə, millətçi müxalifətlə Moskva dissidenti arasında əlaqələr var idi, lakin "heç olmasa, pis moskvalıdan nə isə ummaq" prinsipinə görə. Millətçilər Qərblə iqtisadi rəqabətdə İttifaqın dağılmasına, hətta üçüncü dünya müharibəsinə ümid bağlayaraq uğurlarını Moskvanın dissidentliyinin perspektivləri ilə əlaqələndirmirdilər". Aşağıdakılar da dissident hesab olunurdular: sionist hərəkatının fəalları ("refuseniklər"), Krım tatarlarının Krıma qayıdış hərəkatının fəalları (rəhbəri – Mustafa Əbdülcəmil Qırımoğlu), dini qeyri-konformistlər: pravoslavlar – D. S. Dudko, S. A. Jeludkov, S. V. Krasnov, A. V. Krasnov, A. Leqorod, S. A. Rusak, B. V. Talantov, G. P. Yakunin, "əsl pravoslav xristianlar", baptistlər — Yevangelist Xristianlar-Baptistlər Kilsələri Şurası, Litvada katoliklər, V. A. Şelkovun başçılıq etdiyi adventist islahatçılar, Pentekostallar (xüsusən V. İ. Belıx, İ. Ferişen, P. Siberens), Rusiya Beynəlxalq Krişna Cəmiyyəti təçkilatı ardıcılları və s.