Mikroraptor - erkən təbaşir dövründə, təqribi 120-125 milyon il əvvəl yaşamış dinozavr növü. Mikroraptor olduqca balaca, ayaqlarında və qollarında qanadları olan (dördqanadlı) lələkli dinazavrdır. Adının mənası balca oğrudurhttps://kids.nationalgeographic.com/animals/prehistoric/facts/microraptor İstifadə tarixi:13.06.2025, bilinən ən kiçik dinozavrlardan biridir.

Bədən quruluşu Təqribi bir qarğa boyda olan mikroraptor müasir quşlara bənzəyən qol sümükləri və iti pəncələri var idi. Qol və ayaqları lələklər ilə örtülü olub, qanad əmələ gətirir. Mikroraptorun bədəninin uçmaqdan daha çox havada süzmək üçün daha uyğun olduğu düşünülürhttps://www.youtube.com/watch?v=-fyxUxGdrns İstifadə tarixi: 14.06.2025. Güman ki, o, yüksək ağac təpələrindən tullanıb süzərək kifayət qədər uzun yol qət edə bilirdi. Uzun quyruğu havada müvazinətini və istiqamətini qorumağa kömək edir. Gman ki, boyuna nəzərən böyük olan quyruğu quruda həəkətini məhdudlaşdırırdı.

Rəng 2012-ci ildə tapılmış mikroraptor fosillərində qorunmuş oiqment hücetrələri aşkarlanıb və araşdırmaalr nəticəsində mikroraptorun parlaq qara lələklərə sahib olması məlum olubhttps://www.nhm.ac.uk/discover/dino-directory/microraptor.html İstifadə tarixi:13.06.2025.

Qidalanması Mikroraptor skeletləri ilə birlikdə qarınlarında məməli sümükləri, quş qalıqları və balıq pulcuqları tapılıb. Bunlardan başqa, mikroraktorun qida rasionuna buğumayaqlılar və leşlər daxil idihttps://www.encyklopedia.dinozaury.com/wiki/Microraptor İstifadə tarixi:13.06.2025.

Təkamül Mikroraptor bədən quruluşu baxımından quşlara olduqca bənzəyir. Lakin mikroraptorun 4, müasir quşların isə 2 qanadının olması quşların təkamülünün mikroraptordan başlamadığını göstərir və mikroraptorun təkamül prosesinin davamsız qollarından biri olduğu düşünülürhttps://www.thoughtco.com/microraptor-the-four-winged-dinosaur-1093811 İstifadə tarixi:14.06.2025.

Həmçinin bax

Sinornitozavr

İstinadlar

Kateqoriya:Dinozavrlar Kateqoriya:Təbaşir dövrü dinozavrları