Umbay Əmirov (Umbay Abbas oğlu Əmirov; d.1899 — 1958 ) — Cümhuriyyət tələbəsi, həkim, Azərbaycan SSR Səhiyyə Nazirinin müavini.

Həyatı Umbay Abbas oğlu Əmirov 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. 1916-cı ildən Odessa Universitetində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün yenidən həmin universitetə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 364 Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı.

Ailəsi Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim və Arif adlı iki oğlu, Beyim adlı qızı vardı.

Mənbə Ənvər Çingizoğlu, Əmirovlar: Rəiyyətlikdən tacirliyə qədər, "Soy" dərgisi, 6 (26), 2009.

Xarici keçidlər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004

Həmçinin bax Azad bəy Əmirov Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Əmirovlar Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri