Limfangioma xoşxassəli şiş olub,Gavrilovic IT, Posner JB. Brain metastases: epidemiology and pathophysiology. Journal of neuro-oncology. 2005;75(1):5–14. [CrossRef][PubMed]Narayana et al. 2013 müasir məlumatlara görə intrauterin inkişafı zamanı limfatik damarların qüsuru nəticəsində yaranan xəstəlikdir.Блохин Н. Н., Петерсон Б. Б, Клиническая онкология, М., 1979 Şiş hüceyrələri limfa damarlarının divarlarından əmələ gəlir, şiş özü isə makroskopik olaraq 1 mm-dən bir neçə santimetrə qədər müxtəlif ölçülü nazik divarlı boşluğu təmsil edir.DeAngelis LM. Current diagnosis and treatment of leptomeningeal metastasis. Journal of neuro-oncology. 1998;38(2–3):245–252. [CrossRef][PubMed] Bu şişlər uşaqlarda əmələ gələn bütün xoşxassəli yenitörəmələrin təxminən 10–12%-ni təşkil edirlər.Сидорова И. Миома матки: (Соврем. проблемы этиологии, патогенеза, диагностики и лечения), Мед. информ. агентство, 2003
Müəyyən edilməsi "Limfangioma" termini tarixən bir neçə patologiyanı izah etmək üçün istifadə edilmişdir. Limfangioma limfa damarlarından ibarət neoplazma olub, blastoma şişləri və inkişaf qüsurları nəticəsində əmələ gəlmişdir. Həqiqi limfangiomalara çox nadir rast gəlinir. Əksər limfangiomalar limfa damarlarının sadə genişlənməsi nəticəsində əmələ gəlir (Albrext hamartoması).
Angiomalar qan damarlarından (hemangiomalar)Posner JB, Leptomeningeal metastasis. In: Posner JB, ed. Neurological complications of cancer. Philadelphia, FA Davis Company, 1995: 143–171 və ya limfatik damarlardan (limfangiomalar) inkişaf edən xoşxassəli şişlərdir.Chamberlain MC: Radioisotope CSF studies in leptomeningeal metastases. J Neurooncol 1998, 38: 135–140. [CrossRef][PubMed]
WHO histological classification of soft tissue tumours
— Lymphatic tumours
1. Lymphangioma circumscriptum
2. Progressive lymphangioma Limfangioma limfa damarlarından əmələ gələn, endotel hüceyrələrindən və birləşdirici toxumadan ibarət anadangəlmə xoşxassəli şişdir."Lebenszeit verlängern und Symptome von Hirnmetastasen lindern", InFo Neurologie & Psychiatrie 7–8/2015 Son məlumatlar göstərir ki, bu xəstəlik patoloji limfa sisteminin inkişaf qüsurlarına əsaslanır.
Lymphangioma circumscriptum səthi limfa damarlarını əhatə edən damar malformasiyasıdır.
Hal-hazırda "limfangioma" termini limfatik malformasiyalara tətbiq edildikdə köhnəlmiş hesab olunur. Bu terminin istifadəsi limfa damarlarının əsl xoşxassəli şişləri üçün tövsiyə olunur.
Patoloji anatomiya Çox vaxt xəstəlik körpənin 1 və yaxud da 3 yaşına qədər özünü göstərir. Limfangiomalar əsasən limfa düyünlərinin yığıldığı ərazilərdə yerləşir və əsasən yavaş böyüyürlər. Bəzən isə həmin şişlərin qısa müddətdə kəskin şəkildə böyüdüyü hallara da rast gəlmək olur.
Limfangiomaların növləri Görünüşündən, quruluşundan və klinik gedişatından asılı olaraq limfangiomaların aşağıdakı növləri fərqləndirilir:
Sadə limfangioma dərinin aydın şəkildə müəyyən edilmiş sahələrində, həmçinin dərialtı toxumada limfa damarlarının yayılmasıdır. Kavernoz limfangioma ən çox uşaqlarda rast gəlinir. Limfa ilə qeyri-bərabər dolu olan boşluqlardan ibarətdir (bəziləri həddindən artıq doludur, digərləri boşdur). Boşluqlar elastik çərçivədən, hamar əzələ liflərindən və kiçik limfa damarlarından ibarət birləşdirici toxuma süngər bazasından əmələ gəlir. Kistik limfangioma müxtəlif ölçülü bir və ya daha çox kistadan ibarətdir, Ölçüsü 0,3 sm-ə qədər olur. Bəzən uşaq başının ölçüsünə qədər böyüyə bilir. Belə bir limfangioma divarları sıx birləşdirici toxuma ilə əhatə olunmuşdur.
Müalicə metodunun seçilməsi limfangiomanın ölçüsünə əsaslanır və aşağıdakı qaydada təsnif olunur.
Makrokistik limfangioma — ölçüsü 5 sm-dən çox. Mikrokistik limfangioma — ölçüsü 5 sm-dən azdır.
Klinika
Diaqnostika Diaqnostika ultrasəs, rentgenoqrafiya, maqnit rezonans və kompüter tomoqrafiyası kimi qeyri-invaziv tədqiqat metodlarına əsaslanır. Limfangioma (limfatik və limfovenoz malformasiyalar) diaqnozunun əsas üsulu ultrasəsdir. Bu tədqiqat üsulu digər diaqnostik üsullarla birlikdə tətbiq olunur. Patoloji toxumaların vizuallaşdırılmasına imkan verən ikinci əsas diaqnostik üsul MRT-dir. Baş və boyun limfangioması (limfatik və limfovenoz malformasiyaları) olan bir xəstənin hərtərəfli müayinəsi aşağıdakı müayinə üsullarını əhatə edir: 1) ultrasəs, 2) baş və boyun toxumalarının MRT-si (kontrast agentin venadaxili yeridilməsi daxil olmaqla), 3) fibrolaringoskopiya, 4) kranial sistemin CT, 5) koagulyasiya sisteminin tədqiqi, tonoz, üz skeleti və onurğa sütunu, 6) polisomnoqrafiya, 7) başın ultrasəsi, boyun, üzün damarlarının doppleroqrafiyası.
Müalicə Xəstəliyin müalicəsi adətən skleroterapiya ilə, ən çox da bleomisin preparatı ilə aparılır. Xəstəliyin təkrarlanması halları müşahidə edildiyindən cərrahi yolla şıxarılması əlverişli üsul hesab edilmir.
İstinadlar
Keçidlər Лимфангиома у детей Применение доксициклина в лечении детей с лимфатическими и лимфовенозными мальформациями головы и шеи Опыт лечения детей с лимфатическими и лимфовенозными мальформациями головы и шеи с применением метода пункционной склерозирующей терапии Cклерозирующая терапия лимфатической и лимфовенозной мальформаций в областях головы и шеи
Kateqoriya:Onkologiya Kateqoriya:Xərçəng xəstəliyi