Punqsan iti — Koreyaya aid olan ov iti cinsi. Bu cins, əvvəllər Punqsan adlanan Kimhyonqqvon bölgəsində yaranmışdır. Onlar həmçinin "Phungsan", "Koreya Phungsan" və ya "Poongsan" itləri kimi də tanınırlar.

Tarix Koreya Tədqiqatları Akademiyasının "Koreya Mədəniyyəti Ensiklopediyası"na görə, Punqsan iti ilk dəfə Yaponiyanın kolonial dövründə Koreya yarımadasının milli simvolu kimi tanınmışdır. Bu cins həmçinin Rusiyada pələng, ayı və donuz ovu üçün istifadə edilmişdir. Punqsan itləri uzun müddət digər bölgələrdən təcrid olunmuş şəkildə yetişdirilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri Kateqoriya:Ov itləri