Elçin Cəlal oğlu Qasımov () — azərbaycanlı idmançı və diplomat. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri.
Həyatı Elçin Qasımov 29 dekabr 1987-ci ildə Moskva şəhərində doğulub. Əslən Kəlbəcər rayonundandır. İdmanın gimnastika növü ilə məşğul olmuşdur. Tennis üzrə Avropa birincisidir.
Ailəsi Atası professor Cəlal Qasımovdur. Milli məclisin deputatı Mircəlil Qasımlı əmisi oğludur.
Fəaliyyəti Diplomatik fəaliyyətə başlamazdan əvvəl Slovakiya Respublikasını Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışmışdır.
Bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.
İstinadlar
Kateqoriya:Slovakiya azərbaycanlıları Kateqoriya:Slovakiya siyasətçiləri Kateqoriya:Azərbaycanlı idmançılar