Norbotten şpitsi (həmçinin "Norrbottenspets", "Şimali şpitz" və "Pohjanpystykorva" kimi tanınır) — İsveçdən olan "spitz" (şpits) tipli bir it növü.
Tarix Norbotten şpitsi, adını İsveçin şimal-şərqində yerləşən Norbotten bölgəsindən alır. "Spets" sözü isə İsveç dilində "şpits" mənasını verir. Bu növ həmçinin "Norrbottenspitz", "Şimali Şpitz" və "Pohjanpystykorva" kimi də tanınır. Növün mənşəyi dəqiq məlum deyil. Onun əcdadlarında həm arktik, həm də alman şpitzlərinin qanı olduğu ehtimal edilir. Norbotten iti, "Finlandiya şpitsi", "Rusiya Karelo-Fin Laykası" və "Norveç buhundu" kimi yaxın qohum növlərlə oxşar xüsusiyyətlər daşıyır. Bu növlər yalnız müxtəlif milli sərhədlərdə ayrı-ayrı kennel klubları tərəfindən tanındıqdan sonra fərqli növlər kimi müəyyən edilib. 20-ci əsrdə demək olar ki, itmək ərəfəsində olan bu növ, 1948-ci ildə "İsveç Kennel Klubu" tərəfindən "nəsli kəsilmiş" elan edildi. Lakin 1960-cı illərdə kifayət qədər sayda nümunə tapıldı və növ yenidən "mövcud" elan edildi. "Finlandiya şpitzi" və "Norveç Buhundu" kimi beynəlxalq şöhrət qazanmayan Norbotten iti, Skandinaviyadan kənarda nadir hallarda görünür. Lakin milli növlərə marağın artması ilə bu gün Norbotten iti İsveçdə nisbətən populyar bir növə çevrilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri