Corallus hortulana (Amazon ağac boası) — "Bağ ağac boası" və ya "Macabrel" adları ilə də tanınan boa növü.Mehrtens JM. 1987. Living Snakes of the World in Color. New York: Sterling Publishers. 480 pp. . Bu növ Cənubi Amerikada yayılmışdır. Əvvəllər "Corallus hortulanus" və "Corallus hortulanus cooki" kimi iki tanınmış yarımnövü var idi. Sonradan bu növ taksonomik olaraq yenidən təsnifat edilmiş və bir neçə növə ayrılmışdır. Amazon ağac boası əsasən gecələr aktiv olub, ağacda yaşayan bir növdür, amma yerdə də bəslənmə və çoxalma davranışları müşahidə edilmişdir. Bütün boalar kimi, bu növ də zəhərli deyil.

Xüsusiyyətləri

Yetkinlər orta hesabla 1.5-2 metr uzunluğunda olur.Burnie D, Wilson DE. 2001. Animal. Dorling Kindersley. 624 pp. . Bu növ müxtəlif rəng və naxışlara malikdir. Əsas rəngləri qara, qəhvəyi, boz, qırmızı, narıncı, sarı və ya bu rənglərin birləşmələrində ola bilər. Başları gözlərdən uzanan beş tünd zolaqla örtülüdür. Gözlər sarımtıl, boz və ya qırmızımtıl rəngdə ola bilər və gecə vaxtı işıq əks etdirən membrana malikdir. Bəziləri naxışsız, bəziləri sadəcə xəttlər, zolaqlar və ya "V" formasında naxışlarla bəzədilmişdir. Bəzi qırmızı fərdlərin üzərində sarı naxışlar, bəzi sarı fərdlərin üzərində isə qırmızı və ya narıncı naxışlar mövcuddur. Dilləri isə qaradır. Erkək və dişi fərdlər ölçü və naxışlar baxımından oxşardır. Ən uzunları 2 metrə çatsa da, ortalama uzunluqları 1.5 metrdir. Həmçinin, "anal spur" adı verilən kiçik, dırnağa bənzər qığırdaqları var. Alimlər bu qığırdaqların onların keçmişdə ayaqlara sahib olması ehtimalından irəli gələ biləcəyini söyləyir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1758-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Yatağanlar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları