Kris Kuaku (, ) — Kot-d'İvuar futbolçusu. Azərbaycan Premyer Liqasında yarışan, Ağdamın Qarabağ klubunda yarımmüdafiəçi kimi çıxış edir.
Karyerası Kuaku peşəkar karyerasına 2018-ci ildə Tunisin "Sfaksyen" klubunda başlamışdır. 15 aprel 2018-ci ildə "Ben Qardane" ilə matçda Tunis çempionatında debüt etmişdir. 2019-cu ildə Kuaku klubla birlikdə ölkə kubokunu qazanmışdır. 6 avqust 2020-ci ildə "Soliman" klubu ilə matçda Kris "Sfaksyen"in heyətində ilk qolunu vurmuşdur. 2021-ci ildə ikinci dəfə Tunis kubokunu qazanmışdır. Burada ümumlikdə 43 oyunda iştirak edərək 1 qol vurmuşdur.
2022-ci ildə futbolçu Danimarkanın "Midtyulland" klubuna transfer olunmuşdur. Lakin, futbolçu burada yalnız 1 oyunda meydana çıxmışdır. Futbolçunun buradakı debüt oyunu, iyulun 22-də Danimarka Superliqasında baş tutan "Silkeborq"la matçda olmuşdur.
2023-cü ilin 11 yanvarında Portuqaliyanın "Mafra" klubuna keçmişdir. Futbolçu burada 2 mövsüm keçirmiş və 78 oyunda meydana çıxaraq 2 qol vurmuşdur.
2025-ci ilin yayında Azərbaycan Premyer Liqasının "Qarabağ" klubuna transfer olunmuşdur. Qarabağ ilə futvolçu arasında 2+2 illik müqavilə imzalanıb. Kris Kuaku "Qarabağ"da 6 nömrəli forma ilə çıxış edəcək.
Oyun tərzi O, mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edir və sürətli hərəkətlənməsi ilə seçilir. Topla irəliləmə qabiliyyəti və sürətli şəkildə müdafiəyə dönnməsi onun əsas üstünlüklərindən biridir. Futbolçu həm də sərt oyunuyla seçilir və 2024/2025 mövsümündə Portuqaliyanın "Segunda Liqası"nda meydana çıxdığı 32 oyunda 6 sarı və 1 qırmızı vərəqə almışdır.
Uğurları "Sfaksyen"
Tunis kubokunun qalibi (2): 2018/19, 2021/22
İstinadlar
Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular