Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolu — Əhmədbəyli kəndini, Füzuli şəhərini, Şuşa şəhərini birləşdirən magistral avtomobil yolu.

Göstəriciləri Bu yol “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub.

Avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilirdi. Yolun ilk 48 km-i 6 hərəkət zolaqdan, qalan 33,7 km-i isə 4 zolaqdan ibarətdir.

Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur mövcuddur. Körpülərin ümumi uzunluğu 1557 metr təşkil edir.

Tarixi İkinci Qarabağ müharibəsi bitdikdən 6 gün sonra (Zəfər günündən 8 gün sonra) — 16 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir.

2020-ci il noyabrın 17-də Əhmədbəyli ‒ Füzuli ‒ Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalanmışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli ‒ Füzuli ‒ Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.

7 noyabr 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Şuşa şəhərinə qədər uzan, 101 kilometrlik Zəfər yolunun açılışı olmuşdu.

3 iyul 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə, uzunluğu isə 81,7 kilometr olan yeni yolun açılışı olmuşdu.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə yollar Kateqoriya:Yol qaralamaları Kateqoriya:Azərbaycanda nəqliyyat Kateqoriya:Azərbaycan yolları Kateqoriya:Azərbaycanda yol nəqliyyatı Kateqoriya:Azərbaycanın nəqliyyat infrastrukturu Kateqoriya:Füzuli rayonundakı tikililər Kateqoriya:Şuşa Kateqoriya:2025-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri